
Sülh üçün çabalayan yalnız Trampdır: Savaşın bitməsi Rusiyanın marağında deyil
12:12 29.05.2025
Dünya
466
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, İstanbul Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqları üçün əsas diplomatik platforma olmaq yolundadır. O, Türkiyənin bu prosesdə neytral mövqeyi və vasitəçilik rolu ilə fərqləndiyini bildirib.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının ilk raundu 2024-cü il mayın 16–17-də İstanbulda baş tutub. Görüşlər Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil olunub və münaqişənin diplomatik yolla həllinə dair ilkin mövqelərin müzakirəsini əhatə edib.
Mayın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi bəyanatla çıxış edərək Ukrayna tərəfinə danışıqların ikinci raundunun da İstanbulda keçirilməsini təklif edib. Hazırda Ukrayna tərəfinin bu təklifə münasibəti gözlənilir.
Qeyd edək ki, bundan əvvəl – 2022-ci ildə də İstanbul bir neçə dəfə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara ev sahibliyi etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin diplomatik həllinə nail olunmasını prioritet məsələ kimi qiymətləndirir.
Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, tərəflərin məsələyə münasibəti müxtəlif və təzadlıdır:

"İndiki şəraitdə Ukrayna ciddi-cəhdlə çalışır ki, ən azından 1 aylıq atəşkəs elan olunsun. Çünki Kiyev nəfəsini dərmək, o cümlədən öz müttəfiqlərindən silah-sursat baxımından təminat verilməsini istəyir. Rusiya isə proseslərdə özünəməxsus yol tutur. Kreml çalışır ki, atəşkəs əldə olunmazdan əvvəlki danışıqlarda öz imtiyazlı vəziyyətini möhkəmlətsin. Əsaslı bir atəşkəs və ya müharibədə dönüşün yaranması Rusiyanın marağında deyil. Putin anlayır ki, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) münaqişənin uzanmasını istəyir. Üstəlik, Rusiyanın hələ də işğal etmək arzusunda olduğu şəhər və məntəqələr, o cümlədən dəniz zolağı var. Putin Ukraynanı dənizlərdən, Dünya okeanından təcrid etmək niyyətindədir".
Politoloq qeyd edib ki, atəşkəs və sülh üçün çabalayan yalnız Trampdır:
"Ağ Ev bununla tezliklə ABŞ şirkətlərinin Ukraynaya gəlişini və fəaliyyətə başlamasını təmin etmək istəyir. Ümumiyyətlə hazırkı şəraitdə və ya yaxın gələcəkdə atəşkəsin əldə olunacağını, Kiyev-Moskva təmaslarının reallaşacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə