Tokayev BMT-də islahatlar aparmağa çağırdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT strukturlarında, o cümlədən Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, “The Hill”-ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, “daimi beşlik”dən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) kənardan daha çox səsin daxil olması üçün islahatlara ehtiyac var. Prezident əlavə edib ki, yalnız bu halda BMT müxtəlif aktual regional problemləri daha yaxşı həll edə biləcək. Dünya üçün əsas təhdidlər arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahıın olduğunu xatırladıb.

K.J.Tokayev deyib: "Biz müəyyən irəliləyiş əldə etmişik. Amma hələ də tam özümüzü məhv etməkdən bir neçə saniyəlik məsafədə yaşamağımız faktı kollektiv tədbirlərimizin qətiyyən uğur gətirməməsinin və sülh illərinin bizə verdiyi imkanların itirilməsinin sübutudur".