Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı

Ermənistan İrandan yeni "AD-08 Majid" hava hücumundan müdafiə sistemləri alıb. Bununla da İrandan sözügedən müdafiə sistemini alan ilk ölkə Ermənistan olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Clash Report" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni silahlar mayın 25-də İrəvanda hərbi paradın məşqi zamanı müşahidə edilib.

Qeyd olunur ki, yeni silahlar 2024-cü ilin iyulunda İran və Ermənistan arasında imzalanmış "gizli silah sövdələşməsi" çərçivəsində alınıb.

Yayılan məlumatlara görə, sözügedən müdafiə sistemlərinin məbləği təxminən 500 milyon dollardır.