Ermənistanın Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsi xalq tərəfindən müəyyən ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, ölkənin gələcək geosiyasi istiqamətini hökumət deyil, Ermənistan vətəndaşları müəyyən etməlidir:
“Ermənistan xalqının seçim imkanı olmalıdır – Avrasiya İqtisadi İttifaqında olmaq və ya Avropa İttifaqına inteqrasiya. Bu qərarı mən yox, xalq verəcək”, – Paşinyan deyib.
O əlavə edib ki, onun əsas vəzifəsi vətəndaşlar üçün alternativlərin yaradılmasıdır:
“Güclü tərəf xalqdır. Həmin qərarı verəcək olan da sizsiniz”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.