
Hindistan ucuz kartofla Çini belə keçməyə hazırlaşır - FOTO
22:17 24.07.2025
İqtisadiyyat
366
Jiteş Patel Hindistanın şimal-qərbində fermer ailəsinin oğludur. Ailə əvvəllər pambıq yetişdirirmiş. Lakin bundan ciddi gəlir əldə edə bilməyiblər. Bundan əlavə, 2000-ci illərin əvvəllərində bölgədə baş verən quraqlıq onların gəlirlərini daha da azaldıb və həyatı çətinləşdirib.
Patel dəyişiklik etməli olub. Onlara çox su tələb etməyən və yetişdirilməsi asan olan məhsul lazım idi. Ailə şərtləri nəzərə alaraq kartof yetişdirməyə başlayıb.
Sherg.az "Milliuyet.com.tr"yə istinadən xəbər verir ki, 2007-ci ildə kartof emal edən şirkətlər rayona maraq göstərməyə başlayıb. Elə həmin il ailə qida sənayesində istifadə olunan kartof sortlarını yetişdirməklə yüksək gəlir əldə edib. Bu, təkcə Patel ailəsi üçün deyil, Hindistandakı bir çox insan üçün də uğurun başlanğıcı sayılır. Sonrakı illərdə Hindistan virtual “kartof supergücü”nə çevrilib. Bu gün Hindistan dünyanın ikinci ən böyük kartof istehsalçısıdır. Lakin Hindistanın emal olunmuş kartof ixracı daha da diqqəti cəlb edir. Patel ailəsinin yaşadığı Qucarat, Kanada "fast food" şirkətləri üçün kartof qızartması istehsal edən müəssisələrə ev sahibliyi edir. Bu şirkətlərə əlavə olaraq, bölgədə Hindistanın ən böyük dondurulmuş kartof qızartması istehsalçısı üçün istehsal müəssisələri də var. Bütün bu obyektlər Qucaratı Hindistanın kartof qızartmasının paytaxtına çevirib. Regionda istehsal olunan dondurulmuş kartof qızartması Qucaratdan dünya ölkələrinə ixrac edilir. Hindistanın bu sektorda ən böyük müştərilərinin Filippin, Tayland və İndoneziya kimi Asiya ölkələri olduğu bildirilir. İstehsalın gündəlik artması ilə Hindistanın dondurulmuş kartof qızartması ixracı keçən fevral ayında ilk dəfə olaraq 20.000 tonu ötdü. Bu məlumatlara görə, Hindistanın kartof qızartması ixracatı əvvəlki ilə nisbətən yüzdə 45 artımla 181 min 773 tona çatıb. Bildirilir ki, Hindistanın bu sektorda ən böyük üstünlüyü ucuz işçi qüvvəsi sayəsində daha ucuz qiymətə sata bilməsidir.

Hindistanın dondurulmuş kartof ixracını araşdıran Devendra K. mövzu ilə bağlı BBC-yə danışıb. Devendra Hindistanın dondurulmuş kartof qızartmasının beynəlxalq bazarda rəqabətədavamlı qiymətləri ilə tanındığını və Hindistanın bu sektorda tezliklə hətta Çini də keçə biləcəyini qeyd etdi. Ölkənin ən böyük kartof qızartması istehsalçısı olan "HyFun Foods" şirkətinin baş direktoru Hareş Karamchandani, "Bol məhsul, sərfəli istehsal və keyfiyyət standartlarına diqqət sayəsində Hindistan əsas oyunçu və ixracatçı kimi ortaya çıxdı" dedi. Karamchandani qeyd edib ki, onun şirkəti hazırda Qucaratda yeddi kartof emalı zavodu işlədir və daha ikisi 2026-cı ilə qədər açılacaq. Hindistanın hazır qidalar sahəsində atdığı addımlar fermerlərin də ürəyincədir. Universitetdə kənd təsərrüfatı üzrə də təhsil alan Jiteş Patel həmkarları ilə birlikdə məhsuldarlığı artırmaq üçün daim yeni üsullarla təcrübələr aparır. "Biz yaxşı təhsilli əkinçilik icmasıyıq, ona görə də daim yeni üsullar sınayırıq" deyən Patel, ilk dəyişikliklərdən birinin tarlalarda damcı suvarma sisteminin tətbiqi olduğunu bildirib.
Rayonun fermerləri torpağın münbitliyini qorumaq və təbii gübrələrlə gübrələmək üçün yay boyu əkin sahələrinə istirahət verirlər. Patel, əsas diqqətlərinin mükəmməl kartof əldə etmək olduğunu ifadə edərək, "hazırda Hindistanda soyuducu anbarların yalnız 10-15 faizinin dondurulmuş qidaları saxlamaq üçün yararlı olduğu bildirilir. Ölkədə soyuducu yük maşınlarının və konteynerlərin əhəmiyyətli dərəcədə çatışmazlığı var ki, bu da temperatura nəzarət edilən daşınmanı son dərəcə çətinləşdirir və xarab olma riskini artırır", deyib. Mütəxəssislər bildirirlər ki, bu sahələrdəki təkmilləşdirmələr Hindistanın dondurulmuş kartof qızartması bazarındakı mövqeyini daha da gücləndirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya