
Paşinyan komandası tez-tez büdrəyir - RƏY
23:36 10.09.2025
Siyasət
580
Əgər sülhə xəyanət etsələr, bu, ABŞ-yə xəyanət sayılacaq
Ermənistanın siyasi elitası dayanıqlı fikir müvazinətinə sahib deyil
Son dövrlərdə Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişini region üçün “əməkdaşlıq və firavanlıq dövrünün başlanğıcı” kimi təqdim etməyə başlayıblar. Xüsusilə Avropa nümayəndələri ilə görüşlərdə bu tezis ön plana çəkilir. Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryanın Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Adis Ahmetoviçlə görüşündə səsləndirdiyi fikirlər də bunun bariz nümunəsidir: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında saziş həm də qonşu ölkələr, Avropa Birliyi və Almaniya üçün böyük imkanlar yaradır. Həmçinin sazişin paraflanması əvvəllər xarici investorlar üçün maneə olan təhlükəsizlik risklərini də azaldır”. Bundan əlavə, diplomat sənədin paraflanmasının xarici investorlar üçün əsas maneə hesab olunan təhlükəsizlik risklərini aradan qaldıracağını vurğulayıb.
Siyasi ekspert Sona Əliyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın siyasi elitası dayanıqlı fikir müvazinətinə sahib deyil:

“Baş nazir Nikol Paşinyan və onun hazırkı komandası tez-tez büdrəyən açıqlamalar verməklə gündəmə gəliblər. Ən pis halda isə İrəvandan gələn açıqlamaların biri o birini təsdiq yox, inkar edib. Sevindirici haldır ki, Ermənistan tərəfi son bir ayda yekdil fikir ortaya qoyan bəyanatlar vermək üçün özlərində cürət və cəsarət tapırlar. Görünən odur ki, 8 avqustda Vaşinqtonda imzalanan saziş Ermənistana başqa çıxış yolu qoymayıb. Əgər işğalçı ölkə təmsilçiləri sülhə xəyanət etsələr, bu, ABŞ-yə xəyanət sayılacaq. Ona görə də Viktor Yengibaryan və digərləri Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılığı bəh-bəhlə tərifləyirlər. Əgər Rusiyadan sərt basqıların təzyiqi bir qədər artarsa, o zaman İrəvanın vəziyyəti də dəyişəcək. Yenə də bəyanatlarda nala-mıxa vuracaqlar. Hələ ki, Kreml bütün diqqətini Ukrayna cəbhəsinə, orada sülh əldə etməyə yönəldib. Rusiya sona qədər səssiz qalarsa, o zaman Ermənistanın bəyanatları da stabil olaraq qala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat