Əli Laricani danışıqlar üçün Səudiyyə Ərəbistanında səfərdədir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edib.

"Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Laricaninin Səudiyyə Ərəbistanının yüksək rütbəli rəsmiləri, o cümlədən müdafiə naziri Xalid bin Salman Əl Səudla görüşləri gözlənilir. Gündəliyə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi daxildir.

İran nümayəndəsinin səfəri Səudiyyə Ərəbistanının müdafiə nazirinin aprel ayında Tehrana səfərindən sonra həyata keçirilir.