AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib - Tural Abbaslı
Turan
08:42 28.02.2021
Siyasət
902
“Türkiyə dövləti haqlı olaraq özünü Osmanlının mənəvi davamçısı hesab edir”.
Bu sözləri “Sherg.az”a AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya rəhbərinin sözlərinə görə, indi bu amil Türkiyənin xarici siyasətində bariz görsənir:
“Ankara hökuməti, daha doğrusu AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib. Osmanlı dünyadakı müsəlmanların, eyni zamanda türklərin ən böyük və güclü himayədarı rolunda çıxış edirdi. Türkiyə məhz bu amal uğrunda ciddi fəaliyyət göstərir. Hamımız uzun illər ərzində müsəlman-türk dünyasının sahibsizliyini görmüşük, hiss etmişik. Çox sevindirici haldır ki, bu gün qardaş Türkiyə kimi çox qüdrətli dostumuz, tərəfdaşımız var. Ötən gün Prezident Ərdoğanın da qeyd etdiyi kimi Türkiyə Balkanlardan Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bütün türklərə, müsəlmanlara qucaq açacaq”.
T.Abbaslının sözlərinə görə, artıq Türkiyə əcdadlarının tarixi missiyasının icrasına başlayıb:
“Dünyanın bir çox bölgəsində, qaynar nöqtələrdə bunun dəfələrlə şahidi olmuşuq. Xoşbəxtik ki, Türkiyəni nəhayət Cənubi Qafqazda, Qarabağda da gördük. Heç şübhəsiz, görməyə də davam edəcəyik. Türkiyə liderinin sözləri Rusiya ilə yanaşı, Qərb ölkələrinə də bir mesajdır ki, heç kim türk dünyasını sahibsiz sanmasın. Güclü Türkiyə güclü türk-islam dünyası deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya