
Amerikalı ekspertin hədəfi Rusiyadır!
Yusif Nəzərli
10:33 08.06.2023
Siyasət
504
Azərbaycan ya Vaşinqton, ya da Brüssel formatlarından birini seçməlidir
Amerikalı hüquqşünas, təhlükəsizlik üzrə ekspert İrina Zukerman Azərbaycan-Ermənistan arasında sülh müqaviləsindən danışarkən bir məqama diqqət çəkib. Zukerman qeyd edib ki, Azərbaycan və Ermənistan beynəlxalq vasitəçiliyin yekun formatı barədə qərar verməli və diqqəti yerdə qalan fikir ayrılıqlarının həlli yollarının tapılmasına yönəltməlidir: “Bakı və İrəvan başqa ölkələrin eqolarının danışıqlar prosesini sonsuz müzakirələrə çevirməsinə imkan verməməlidirlər”. Ekspertin sözlərinə görə, tərəflər arasında Qərbin vasitəçiliyi ilə Kişineuda keçirilən son görüşün ən maraqlı tərəfi odur ki, bu görüş amerikalı diplomatların fəallığının ardınca baş tutub: “Sanki Avropa İttifaqı ya ABŞ-nin səylərini tamamlamağa ehtiyac duyur, ya da Vaşinqtonun üzündən bu fürsəti əldən verməkdən qorxur. Hər halda, bu, Rusiyanın bu prosesə müdaxiləsindən qat-qat yaxşıdır”. Amerikalı analitikin fikrincə, Aİ, ABŞ və ya Fransanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi zamanı yaranan paralel yollara hər hansı etiraz edib-etməyəcəyini izləmək maraqlı olacaq: “Aydındır ki, bütün maraqlı tərəflər siyasi qələbədən faydalanmağa ümid edirlər”.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, burada mesaj kifayət qədər aydın şəkildə tərəflərin diqqətinə çatdırılıb. Amerikalı ekspert haqlı olaraq diqqətə çatdırır ki, Azərbaycan və Ermənistan tezliklə sülh formatı üzərində vahid mövqeyə gəlməlidir: "Əlbəttə, bu, hansısa kənar dövlətlərin eqolarını təmin etmək, sülh prosesini uzatmaq məqsədi ilə edilməməlidir. Amerikalı ekspertin hədəfi Rusiyadır. Tərəflər arasında sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya vaxtaşırı olaraq həm Brüssel, həm də Vaşinqton formatını sabotaj etməklə məşğuldur. Kreml bildirir ki, ancaq Moskva və Soçi görüşlərində yekun sülhə nail olmaq mümkündür. Ancaq bütün təşəbbüslər sadəcə Rusiyanın təriflənməsi ilə yekunlaşır və ortada heç bir real addım müşahidə edilmir. Ona görə qərbli ekspertlər düşünürlər ki, Bakı və İrəvan format barəsində konkret seçim etməlidir. Reallıq odur ki, bir neçə fərqli formatda prosesi aparmaq sülhün əldə olunmasını mümkünsüz hala gətirir. Enerjinin fərqli hissələrə parçalanmasına səbəb olur. Bir format seçərək, onun üzərindən irəliləmək daha məqsədəuyğun olar".

T.Rzayevin qənaətincə, üçlü, dördlü, beşli formatların yenidən gündəmə gəlməsi öz-özlüyündə heç nəyi həll etmir və ümumilikdə sülh prosesini zəiflədir: "Çünki hər bir ölkənin öz maraqları var. Azərbaycan ya Vaşinqton, ya da Brüssel formatlarından birini seçməlidir. Sülh danışıqları ancaq bu formatlar üzərindən aparılmalıdır. Paralel olaraq həm Rusiya, həm də Qərb platformalarında, üçlü, dördlü, beşli formatlarda sülh prosesini irəliyə doğru daşımaq çox çətindir. Bunların hamısı prosesi uzatmağa və onillərlə davam edən danışıqlara xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya