Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib
Yusif Nəzərli
09:06 21.10.2022
Siyasət
351
Oktyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu qərar hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur:
“Bununla belə, Azərbaycan Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən videogörüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır. Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi videogörüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib. Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə və digər qanunsuz əməllərə görə, o cümlədən, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanda 1400-dən artıq yeni minaların yerləşdirilməsində, həmçinin bu günlərdə ikinci ildönümü anılan Gəncə kimi mülki əhalinin sıx yaşadığı şəhərlərə 44 günlük müharibə ərzində amansız raket zərbələrinin endirilməsində təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb”.
Vurğulanıb ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən, Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış videogörüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb:
“Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya