
Azərbaycanın İsraillə münasibətləri strateji zərurətdən irəli gəlir -ŞƏRH
Yusif Nəzərli
01:00 30.05.2025
Siyasət
467
Rəsmi Bakı İsrail və Fələstinin yanaşı və dinc şəkildə mövcudluğunu dəstəkləyir
Türkiyə Böyük Millət Məclisinin Demokratiya və Atılım Partiyasının (DEM) Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib. O, İsrailin bu hərəkətlərini soyqırım olaraq qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, Gergerlioğlu çıxışı zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfərini və orada İsrailin müdafiə naziri İsrael Katz ilə görüşünü də tənqid edib. Xatırladaq ki, Gergerlioğlunun belə qərəzli çıxışı ilk deyil. O, daha öncə Azərbaycan-İsrail münasibətlərinə görə rəsmi Bakını tənqid etmişdi.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Ekspert vurğulayıb ki, İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində bizə mühüm üstünlüklər yaradıb:

"Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır. Azərbaycan-İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Təəssüf ki, rəsmi Bakının Təl-Əvivlə münasibətləri və strateji hədəfləri bəzən yanlış anlaşılır. Azərbaycanın mövqeyi daha çox realpolitikaya söykənir. Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün beynəlxalq tərəfdaşlıqlardan istifadə edir və İsraillə əməkdaşlıq da bunun ayrılmaz hissəsidir".
Analitik qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri Fələstin xalqına qarşı yönəlməyib. Onun sözlərinə görə, Bakı Fələstin faktoruna görə İsraillə münasibətləri hər zaman ehtiyatlı diplomatik balans üzərində qurub:
"Azərbaycan Fələstin məsələsində beynəlxalq hüququn və BMT-nin qərarlarının tərəfdarı kimi çıxış edir və münasibətləri əsasən prinsipial dəstək səviyyəsində saxlayır. Məsələn, Azərbaycan Fələstin dövlətini rəsmi şəkildə tanıyır və BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlarda Fələstinlə bağlı qətnamələrin lehinə səs verib. Xüsusilə 2012-ci ildə Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanması zamanı Azərbaycan bu təşəbbüsü dəstəkləyib. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatında (İƏT), həm də Qoşulmama Hərəkatında Fələstin məsələsinə dair qəbul edilən qərarların lehinə səs verən ölkələrdəndir. Rəsmi Bakı daim ikidövlətli həll prinsipini, yəni İsrail və Fələstinin yanaşı və dinc şəkildə mövcudluğunu dəstəkləyir".
T.Rzayev əlavə edib ki, Ömər Faruk Gergerlioğlu kifayət qədər qərəzli və qeyri-konstruktiv şəxsdir:
"Bütün hallarda belə bir şəxsin mövqeyi Türkiyə Respublikasının rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz. Gergerlioğlu həmin şəxsdir ki, 2018-ci ildə sosial mediada paylaşdığı məqalə səbəbindən “terror təşkilatının təbliğatı” ittihamı ilə 2,5 il həbs cəzasına məhkum edilib. Özü də həmin vaxt o, HDP millət vəkili idi. Hazırda təmsil etdiyi Demokratiya və Atılım Partiyasının (DEM Partiyası) fəaliyyəti də hər kəsə məlumdur. Gergerlioğlu Azərbaycanı İsraillə əməkdaşlıqda tənqid edir, lakin bu əlaqələrin zəifləməsi regional təhlükəsizlik və iqtisadi maraqlara mənfi təsir göstərə bilər. Azərbaycanın mövqeyi beynəlxalq arenada öz maraqlarını ən yaxşı şəkildə qorumağa yönəlib. İsraillə əməkdaşlıq ölkənin müdafiə qabiliyyətini artırmaq, enerji layihələrini təhlükəsizləşdirmək və texnoloji inkişafı sürətləndirmək üçün önəmlidir. Azərbaycanın İsraillə münasibətləri strateji zərurətdən irəli gəlir və ölkənin milli maraqlarına xidmət edir. Regional geosiyasi şərait nəzərə alınaraq, Azərbaycan öz xarici siyasətini praqmatik və çoxistiqamətli şəkildə qurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm