Belarus dialoq üçün uyğun yer deyil
Yusif Nəzərli
02:30 06.03.2022
Siyasət
799
Neytral ölkələrdən birinin vasitəçiliyi müharibənin dayanmasına səbəb ola bilər
Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Kiyevlə danışıqların növbəti raundu ilə bağlı Ukraynadan cavab gözləyir. Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının perspektivləri barədə danışan Lavrov vurğulayıb ki, danışıqlarla bağlı konkret tarix hələ müəyyənləşməyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmaq və işğala son vermək üçün yenidən Kremlin şərtlərini sadalayıb. Putin deyib ki, Ukrayna nüvəsiz statusunu, demilitarizasiya, denasifikasiya, Krımın, Donetsk və Luqansk “respublikaları”nın tanınması tələblərini yerinə yetirməlidir. Kreml başçısı bu tələblərin yerinə yetirilməsinin qəti şərt olduğunu bildirib. Məlumat üçün deyək ki, Rusiya və Ukrayna nümayəndələri arasında Belarusun ərazisində iki görüş baş tutub. İkinci görüşdə tərəflər müvəqqəti atəşkəsin əldə edilməsi ilə bağlı razılığa gəliblər.
Tərəflər arasında baş tutan görüşləri “Şərq”ə təhlil edən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna münasibətlərinin normallaşması üçün iki-üç görüş kifayət deyil. Analitikə görə, müzakirələrin davam etdirilməsi zəruridir:
“Qarşılıqlı irəli sürülən tələblərlə bağlı hələlik çox cüzi güzəştlərdən söhbət gedir. Danışıqlarda sadəcə humanitar məsələlərlə bağlı razılıq var. Qısa müddət keçdiyi üçün danışıqlarda müsbət irəliləyiş hələ mümkün görünmür. Müzakirələr davamlı olmalıdır ki, tərəflər ortaq məxrəcə gələ bilsinlər. Moskva Kiyevdən Krımı “Rusiya ərazisi” kimi tanımağı tələb edir. Düşünürəm ki, Ukraynada Zelenski deyil, hətta ruspərəst qüvvələr hakimiyyətə gəlsələr belə heç vaxt Krımı “Rusiya ərazisi” kimi tanımayacaq. Ukraynadan tələb olunan “hərbisizləşdirmə” məsələsi də qəbuledilməz görünür. Kiyev Qərbə inteqrasiyanı əsas götürüb. Kremlin hansısa tələbini qəbul etmək Qərbə inteqrasiya kursunun çökməsinə səbəb olacaq”.
T.İsmayılov qeyd edib ki, Ukrayna-Rusiya arasında müharibənin dayanması və dialoqun təşkili üçün vasitəçi şərtdir:
“Azərbaycan rəhbəri Qoşulmama Hərəkatının sədri kimi iki ölkə arasında əsas vasitəçilərdən ola bilər. Regionun güclü oyunçularından sayılan Türkiyənin də Kiyev-Moskva arasında vasitəçiliyi faydalı olar. Bununla birmənalı Ukraynanı dəstəkləyən hansısa Qərb ölkəsinin, yaxud Rusiyaya bağlılığını ifadə etmiş Belarusun mövqeyi ikinci plana keçər. Neytral ölkələrdən birinin vasitəçiliyi Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına və münasibətlərdə donüş nöqtəsinin yaranmasına səbəb olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm