Böhran heç bir dövlətə sərf etmir
Yusif Nəzərli
07:02 06.03.2022
Siyasət
655
Pis-yaxşı regionda təhlükəsizlik sistemi var
Ona görə MDB ölkələri Kremllə münasibətləri kəskinləşdirmək istəmir
“Əksər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkəsi Rusiya-Ukrayna müharibəsində gözləmə mövqeyindədir”. Bunu “Şərq”ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Analitik bildirib ki, bununla yanaşı, heç bir MDB ölkəsi Krımı “Rusiya ərazisi” kimi görmür, yaxud Donetsk və Luqanskın “müstəqilliyini” tanımır: “Post-sovet ölkələrinin əksəriyyəti Ukraynaya humanitar yardım da göstərirlər.
Ancaq indiki halda MDB dövlətlərinin Moskvanı açıq şəkildə və rəsmən qınaması, Rusiyaya qarşı sanksiyalara qoşulması bölgədə böhranlı vəziyyətin yaranmasına səbəb olar. Kreml bunu özünə qarşı atılmış addım kimi dəyərləndirər və həmin ölkə Rusiya ilə üz-üzə qalar. Pis-yaxşı regionda təhlükəsizlik sistemi var. Lakin bölgə dövlətlərinin qarşı-qarşı gəlməsi bölgə üçün yeni təhdidlər deməkdir.
Məsələn, Qazaxıstanın Rusiya ilə qarşı-qarşıya gəlməsi Orta Asiya ölkəsi üçün ciddi təhdidlər meydana çıxarar. Qazaxıstanın Rusiya ilə 7 min kilometrlik açıq və qorunmayan sərhədi var. Bu, qazax dövləti üçün böyük təhlükədir.
Həmçinin, nəzərə alsaq ki, iki ölkənin sıx iqtisadi əməkdaşlığı, asılılığı var, o zaman münasibətlərin kəskinləşməsinin necə mənfi təsir göstərəcəyi aydın olar. Təxminən bir milyon yarım Özbəkistan vətəndaşı Rusiyada çalışır, ailəsini dolandırır. Bu məqam da qırğız hökumətinin əl-qolunu “bağlayır”. Tacikistan “Taliban” təhlükəsi ilə üz-üzədir. Bu ölkənin Əfqanıstanla sərhədini Rusiya sərhədçiləri qoruyur. Orta Asiya ölkələri Rusiyaya düşmən münasibət bəsləyərsə, heç kim onları dəstəkləməyəcək”.
İ.Vəlizadə Azərbaycanla bağlı məqamlara diqqət çəkib:
“Rusiya ilə problem yaşandığı anda Ermənistanla sərhəddə, o cümlədən Qarabağda təxribatların sayı-hesabı olmayacaq. Süni gərginliklər yaradılacaq. Bu da indiki məqamda bizə lazım deyil. Xəzər dənizində Rusiyanın ən güclü hərbi bazaları və 4 hərbi donanması var. Rəsmi Bakı Rusiya ilə münasibətləri kəskinləşdirmədən Ukraynaya əlimizdən gələn dəstəyi veririk. Humanitar yardımlar toplanır, tibbi ləvazimatlar, ərzaq və geyimlər göndərilir və s. Məncə, bu, ən doğru istiqamətdir. Daha artığını istəyənlər, radikal çağırışlar edənlər sadəcə öz mənafelərini güdənlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi