BRİKS üzv ölkələr arasında körpü rolunu oynayır
Fidan Həmişəyeva
10:45 26.02.2021
Siyasət
1186
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına bu il Hindistan sədrlik edir. Çinlə Hindistan arasında ötən il ərzində münasibətlərin xeyli gərginləşməsinə və sərhəddə ölümlə nəticələnən toqquşmalara baxmayaraq, Pekin Hindistanın BRİKS təşkilatında sədrliyinə etiraz etmir.
Çinin rəhbəri Tsi Tsinpin bu il zirvə görüşü üçün Hindistana səfər edə bilər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vi Venbin bu səfərin reallaşa biləcəyini təsdiq edərək BRİKS-in nüfuzlu təşkilat halına gəldiyini və Pekinin ev sahibi olaraq Dehlinin səylərini dəstəklədiyini söyləyib. Çinin BRİKS təşkilatına böyük əhəmiyyət verdiyini deyən XİN sözçüsü qurum çərçivəsində Hindistanla əməkdaşlığa hazır olduqlarını da vurğulayıb. Ümumiyyətlə, iki ölkə arasında ötənilki gərginlikdən sonra Pekin Dehli ilə münasibətləri yenidən normallaşdırmağa çalışır.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Hindistan BRİKS çərçivəsində Rusiya amilindən də istifadə etməyə çalışır. Məlumdur ki, Rusiya Çinlə strateji tərəfdaşlığa önəm verir. Ancaq Moskva Çinlə əməkdaşlığı Hindistanla əməkdaşlığa qurban vermək istəmir:
“Kreml hər iki dövlətlə yaxşı əlaqələrə malik olmaq istəyir. Bəzi ekspertlərin fikrincə, Dehli sürətlə dəyişən geosiyasi şəraitdə Pekinin regional təsirini tarazlaşdırmaq üçün Rusiyanın Uzaq Şərqdəki iqtisadi varlığını gücləndirməyə çalışır. Təsadüfi deyil ki, Hindistanın Xarici işlər nazirinin müavini bir neçə gün əvvəl Moskvada məhsuldar səfər həyata keçirdi və başda Rusiyanın xarici işlər naziri Sergey Lavrov olmaqla müxtəlif yüksək vəzifəli şəxslərlə görüşdü. Hindistanlı diplomat görüşləri yekunlaşdırdıqdan sonra Rusiya Diplomatik Akademiyasındakı tələbə auditoriyası qarşısında çıxış edərək suallara cavab verdi. O çıxışında dedi ki, Dehli Rusiyanın Uzaq Şərqində iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır: “Yeni sektorlar inkişaf etdirə biləcəyimiz və kokslaşan kömür, taxta, maye təbii qaz kimi yeni sahələrə investisiya yatırmaq istəyən şirkətlərə kömək edə biləcəyimiz çox yüksək bir potensial sahə olaraq görürük. Orada böyük potensial var”.
Analitikin fikrincə, Dehli çox çalışır ki, Rusiyanın bölgədəki iqtisadi fəallığı yalnız Çinlə əməkdaşlıq üzərində qurulmasın:
“Hindistanın siyasətçiləri son illərdə Rusiyanın Qərblə münasibətlərinin pisləşməsinə cavab olaraq Moskvanın Çinə çox yaxınlaşmasını narahatlıqla izləyiblər. Ona görə də Dehli bu gedişatı dəyişməyə çalışıb.
Hindistanın baş naziri Narendra Modi 2019-cu ildə Rusiyanın Uzaq Şərqdəki liman şəhəri olan Vladivostoka etdiyi səfərdə Dehlinin bölgənin iqtisadi inkişafına yardım üçün 1 milyard dollar kredit ayırmağa hazır olduğunu bildirdi. Yeni dəniz marşrutunun Hindistan və Rusiya arasında malların daşınma müddətini Avropa marşrutu ilə 40 günə qarşı 24 günə endirəcəyi gözlənilir”.
E.Şahinoğlu vurğulayıb ki, Rusiya Hindistanla ticarət yolları, yəni iki istiqamətdə mal axını qura bilsə, bu və ya digər şəkildə Hind-Sakit okeanına daha geniş daxil olacaq:
“Hamı başa düşür ki, inhisarçı alıcı olaraq Çinə güvənmək çox təhlükəlidir.Rusiya ilə Hindistanın maraqları birləşir. Hindistanın bütün mühüm ixrac mallarında Çinə alternativ olaraq mövqe tutması üçün real bir fürsət var” – bu, hindistanlı rəsmilərdən birinin səsləndirdiyi fikirdir. Dehlinin təklifləri Moskvanı maraqlandırıb. Rusiya prezidenti Vladimir Putin Uzaq Şərqdə iqtisadi inkişafın təşviq edilməsini “bu əsrin milli prioriteti” adlandırıb. Hiss olunur ki, Rusiya uzaq şərdəki fəallığını yalnız Çinlə məhdudlaşdırmaq istəmir. Digər tərəfdən Rusiyada anlayırlar ki, Hindistanla əlaqələrə önəm verməsələr Dehli alternativ olaraq ABŞ-la münasibətlərini gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət