Ceyhun Bayramov Pakistanın yeni səfirini qəbul edib
Ceyhun Bayramov Pakistanın yeni səfirini qəbul edib
12:40 30.07.2024
Siyasət
315
İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Qasım Mohiuddini qəbul edib.
Nazirlikdən verilən xəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Respublikası Prezidentinin Pakistan İslam Respublikasına son rəsmi səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə olunub.
Tərəflər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Cari ilin 3 iyul tarixində Azərbaycan və Türkiyə Prezidentləri və Pakistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti qeyd olunaraq, ümumilikdə üçtərəfli formatın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatı, habelə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təmaslar üçün əlavə imkan yarandığı qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz