EBRD prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Yusif Nəzərli
09:57 23.06.2022
Siyasət
552
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso sentyabrda Azərbaycana səfər etməyi planlaşdırır.
Bunu “Report”a açıqlmasında EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.
“Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin sentyabrda Azərbaycana səfəri müzakirə olunur. Əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək”, - o deyib.
K. Mahmudova, həmçinin bildirib ki, EBRD Azərbaycanda ilk dəfə olaraq “STAR Ventures” layihəsinə start verir: “Bu layihə Azərbaycanda startapların potensialının açılmasına istiqamətlənib”.
Bundan başqa, EBRD tezliklə Azərbaycanla günəş və külək enerjisi sahəsində iki yeni layihəyə imza atacaq.
Xatırladaq ki, EBRD Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.
Bu ilin may ayında EBRD-nin Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir.
EBRD Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi