Ərdoğan: “Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”
Ərdoğan: “Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”
Yusif Nəzərli
10:37 21.10.2022
Siyasət
309
“Zəngilanda tikintisi başa çatan hava limanı təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühümdür”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə lideri Azərbaycanın Zəngilan və Cəbrayıl şəhərlərinə tanışlıq səfərini uğurla başa vurduqlarını bildirib.
“Zəngilan Beynəlxalq Hava Limanını əziz qardaşım İlham Əliyevlə birlikdə açdıq. Regionun dünya ilə əlaqəsini bərpa etmək, nəqliyyat xətlərini gücləndirmək strateji addımlardır”, - deyə Ərdoğan bildirib.
O, gələn il Laçın Hava Limanını istifadəyə verməklə bu nailiyyətlərin uğurla davam edəcəyini vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, təməli qoyulan layihələr bölgənin inkişafı işlərinə böyük töhfə verəcək.
“Ötən il Şuşada, Füzulidə olarkən işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə yerindəcə tanış olduq. Qarabağın bir ildən sonra gəldiyi yeri görmək, onun günü-gündən inkişafının şahidi olmaq, sözün düzü, məni hədsiz dərəcədə sevindirdi. Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir. Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusən də qardaşım İlhamı təbrik etmək istəyirəm. İnanıram ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”, - deyə R.T.Ərdoğan bildirib.
Mənbə: Hürriyet
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya