O, Ermənistanın ordu saxlamayacağı barədə öhdəlik götürəcəyini istisna etmir. Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı.
Erməni politoloq Paşinyanın dili ilə danışır
22:25 25.06.2021
Siyasət
807
Məğlub ölkə qısa müddətdə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
Erməni politoloq Suren Sarkisyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişin ilkin senarisi barədə danışıb. Onun iddiasına görə, əgər İrəvan Bakı ilə anlaşarsa, bu, Ermənistanın bir çox tələblərdən imtinasına gətirib çıxaracaq. O qeyd edib ki, ilkin senariyə əsasən Azərbaycanla bağlanacaq sazişdə Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycana hər hansı bir ərazi iddiası irəli sürülməsindən imtina olunması, diplomatik əlaqələrin bərpa edilməsi və sərhədlərin açılması və Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə start verilməsi kimi məsələlər yer alacaq. Qeyd olunub ki, bu zaman Ermənistanın ərazilərinin bir hissəsi Azərbaycana veriləcək.
O, Ermənistanın ordu saxlamayacağı barədə öhdəlik götürəcəyini istisna etmir. Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, Suren Sarkisyanın səsləndirdiyi iddialar 10 noyabr bəyanatından irəli gələn müddəaların məntiqi davamıdır. Eyni zamanda 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya baş nazirinin müavinlərinin görüşündə də bu məsələlər müzakirə olunub:
"Əgər regionda onlar sülh olmasını istəyirlərsə, eyni zamanda bütün ölkədə sabitlik və ictimai barış mühitinin qalmağını istəyirlərsə, mütləqdir ki, Ermənistanın Azərbaycana qarşı təxribatları son tapsın. Qeyd edim ki, Suren Sarkisyanın irəli sürdüyü bəndlər arasında Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsi də var. Elə sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı işlərin görülməsi də məhz ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hesablanıb. Çünki Sovet İttifaqı dağıldıqdan sonra başlanan Qarabağ münaqişəsi və Ermənistanın təxribatları nəticəsində 30 ildən çoxdur ki, Azərbaycan sərhədləri öz layiq olduğu qiyməti almırdı və bərpa olunmurdu. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, tanınması, eyni zamanda Azərbaycan sərhədlərinin toxunulmazlığı və digər məsələlər Ermənistan tərəfindən mütləq həyata keçirilməlidir. Xüsusən növbədənkənar parlament seçkiləri başa çatdıqdan sonra artıq bu bəyanatın, xüsusilə də 10 noyabr bəyanatının yerinə yetirilməsi ilə bağlı vaxt uzatmaq olmaz. Həmçinin orada yer alan Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində də qeyd edilən Zəngəzur dəhlizi və digər məsələlər də təcili və təxirəsalınmadan həyata keçirilməlidir. Bu baxımdan Suren Sarkisyanın söylədiyi məsələlərin real olduğunu düşünürəm".
T.İsmayılov hesab edir ki, ola bilsin ki, hökumət tərəfindən və yaxud da Paşinyan komandasından kimlərsə Suren Sarkisyana daha əvvəldən bu fikirləri söylətdirərək erməni ictimaiyyətinin nəbzini yoxlamaq istəyir:
"Amma bütövlükdə 44 günlük Vətən müharibəsində aldıqları biabırçı məğlubiyyət və kapitulyasiyaya baxmayaraq növbədənkənar parlament seçkilərində erməni xalqının böyük əksəriyyətinin Nikol Paşinyana səs verməsi də əslində erməni xalqının da bütövlükdə regiondakı münaqişələrdən bezdiyini göstərir. Onlar Ermənistanın dövlət olaraq məhv astanasında olduqlarını artıq dərk edirlər. Ümid edirəm ki, bundan sonra təxribatlar baş verməyəcək. Və Nikol Paşinyan əvvəlki sərsəmliklərindən əl çəkərək regionda bütün dövlətlər üçün ictimai etimad mühitinin yaradılmasını əngəlləməyəcək. Bu təkcə digər dövlətlər üçün deyil, ən başda erməni xalqı və Ermənistan dövlətinin mövcudluğu üçün labüddür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə