Ermənilərin qara günləri qabaqdadır
Turan
13:11 07.08.2021
Siyasət
641
Paşinyan kreslosunda hələ möhkəmlənməyib
"Ermənistanda ikihakimiyyətlilik hökm sürür. Faktiki olaraq erməni ordusu Rusiyanın nəzarəti altındadır"
2021-ci ilin may ayından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri dəfələrlə atəşkəsi pozaraq, Azərbaycanın Naxçıvanda, Gədəbəydə, Kəlbəcərdə, Tovuzda, Daşkəsəndə yerləşən mövqelərini müxtəlif silahlardan mütəmadi atəşə tuturlar. Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşməsinə və bu proseslərin adi rejimdə, sistematik qaydada icra olunmasına baxmayaraq, qarşı tərəf məsələni siyasiləşdirərək təxribatçı mövqe sərgiləyir.
Ekspertlər İkinci Qarabağ müharibəsindən məğlub çıxan, nəinki ordusu, iqtisadi və sosial durumu ağır vəziyyətə düşən Ermənistanın yeni təxribatlarda maraqlı olmasını anormal hal hesab edirlər. Ölkədə daxili siyasi gərginliyin xarici siyasətə də sirayət etməsini, Azərbaycanla münasibətlərin süni şəkildə pisləşdirilməsini İrəvanın əleyhinə işləyən amil kimi qiymətləndirirlər. Onların fikrincə, son vaxtlar Ermənistan tərəfindən sərhəd məsələsi ilə bağlı əsası olmayan, təxribat xarakterli açıqlama və davranışların sərgilənməsinin bir sıra səbəbləri var. Bu işdə xaricdən bəzi qüvvələrin dirijorluq etməsi diqqət çəkir.
Ermənistanın təxribatçı addımlarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Niftiyev deyib ki, növbədənkənar parlament seçkisində kifayət qədər səslə qalib olan Nikol Paşinyan müharibədəki ağır məğlubiyyətini müəyyən qədər kompensasiya etməyə çalışır. Ekspert bildirib ki, əslində erməni ictimaiyyəti Paşinyana səs verməklə, müharibələrə, işğallara deyil, sülhə və sabitliyə səs verib:
“Paşinyan isə əlinə keçən fürsətdən yararlanaraq “məğlub baş nazir” imicini nisbətən dəyişdirməyə çalışır. Atəşkəsin davamlı pozulması, sərhəddəki təxribatlar, üçtərəfli razılaşmanın icra prosesinin qəsdən yubadılması, absurd bəyanat və hərəkətlər bununla bağlıdır. Şübhə yox ki, İrəvan hökumətinin təxribatçı addımları və manevrləri heç bir nəticə verməyəcək. Əksinə, mövcud vəziyyət ermənilər üçün daha da pisləşəcək. Digər mühüm səbəb Rusiya amili ilə bağlıdır. Reallıq odur ki, Ermənistanda hökumət başında duran şəxs qərbyönlüdür. Moskva ilə münasibətlərində problem olsa da, arxasını Qərbə dayadığı üçün hakimiyyətini qoruya bilir. Ancaq bir müddət sonra Paşinyanı yenidən yıxmağa cəhdlər olacaq. Çünki Kreml Paşinyanın hakimiyyətdə qalmasında maraqlı deyil. Əslində hazırda Ermənistanda ikihakimiyyətlilik hökm sürür. Faktiki olaraq erməni ordusu Rusiyanın nəzarəti altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə