
Fransanın siyasəti özünə ziyan verəcək - RƏY
14:40 07.10.2024
Siyasət
447
Ermənistan üçün də faydalı olmayacaq
Bakı Təşəbbüs Qrupu Paris şəhərlərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının sammitində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin səslənməsinə etirazını bildirib. BTQ-nin yaydığı bəyanatda vurğulanıb ki, mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirir.
Bununla yanaşı, qurumun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir. Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına fransız əsarəti altında olan dənizaşırı ərazilərdə törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edib. Xatırladılıb ki, Kanakidə (Yeni Kaledoniya) kanak xalqının hüquq və azadlıqlarının Fransa hökuməti tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyalarında 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsini qadağan olunub. Fransa hökuməti Fransız Qvianası, Martinik və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir. Törətdiyi əməllərin məsuliyyətindən xilas olmağa çalışan və digər bölgələrdən qovulan Fransa gözünü Cənubi Qafqaza dikib. Regiona nüfuz etmək niyyətini gizlətməyən Fransa öz məqsədinə Ermənistan vasitəsi ilə çatmağı hədəfləyir. Çünki hazırda Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, kənar güclərin bölgəyə gəlməsinə geniş imkanlar yaradır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da deyib ki, Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır. Onun sözlərinə görə, kollektiv Qərb ölkələrinin, NATO blokunun bulanıq suda balıq tutmaq, ondan əvvəl isə bu suları qarışdırmaq arzusunun böyük olduğunu görürük: "Bu cəhdlər ilk dəfə deyil baş verir. Hesab edirəm ki, bu, tarixən regionun digər ölkələrinə də yaxşı məlumdur. Ona görə də hər şey edilməlidir ki, Qərbin xaosa nəzarət etmək istəyi ucbatından dünyanın müxtəlif yerlərində baş verən qeyri-stabillik ümumi regionumuza sirayət etməsin".

Politoloq İlqar Vəlizadə deyib ki, Fransanın ənənəvi siyasəti Ermənistana dəstək verməkdən və Azərbaycanın mövqeyinə qarşı çıxmaqdan ibarətdir. Analitik bildirib ki, Fransa Rusiyanın mövqelərinin və təsir imkanlarının getdikcə zəiflədiyi Ermənistanda öz mövqeyini gücləndirməyə çalışır:
"Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda gedən proseslərə təsir göstərir. Paris düşünür ki, bunu ancaq İrəvan hökumətinin əli ilə edə bilər. Ona görə də Fransa rəsmilərinin bəyanatları və addımları Ermənistan cəmiyyətində hökm sürən siyasi konyukturaya uyğun seçilir. Hazırda Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yüksəkdir. Bunu Qərb ölkələri, o cümlədən Fransa çox yaxşı bilir. Eyni zamanda Azərbaycanla bağlı müəyyən xofları, qorxuları var. Paris İrəvana dəstək verir, onu yalnız buraxmayacağını göstərir. Fransanın sərgilədiyi mövqe həm Bakını, həm də Moskvanı hiddətləndirir. Düzdür, Azərbaycan və Rusiyanın regionda maraqları müəyyən dərəcədə fərqlənir. Amma hər iki tərəf kənar güclərin bölgəyə müdaxiləsini zərərli hesab edirlər. Dəfələrlə qeyd olunduğu kimi bu cür siyasət Fransanın özünə ziyan verəcək və Ermənistan üçün də faydalı olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə