Günay Ağamalı partiya sədri seçildi, bizə də təbrik etmək düşər - Tural Abbaslı

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib.

Bu barədə partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı məlumat verib.

"Günay Ağamalı Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında yekdilliklə sədr seçilib", - deyə F.Ağamalı əlavə edib.

Ağ Partiyanın sədri Tural Abbaslı Günay Ağamalının partiya sədri seçilməsi ilə bağlı Sherg.az-a qısa açıqlama verib və bildirib:

"Bu partiyanın daxili işidir. Əgər qurultay toplaşıb, Günay xanımı seçibsə, digər partiyaların bununla bağlı başqa mövqe bildirməyi doğru olmaz. Hər partiyanın qurultayı onun ali orqanıdır. Orada kimi istəyirlərsə, seçə bilərlər. Bunu kimlərsə istəsə mübahisələndirə də, mübahisələndirməyə də bilər. Bu baxımdan da partiyalar siyasi ailə kimidir. ". 

Partiya sədri partiyaların bir-birlərinin daxili işlərinə qarışmaslarının etik sayılmadığını söyləyib:

"Qurultay nümayəndələrinin iradəsi budursa, bizə də təbrik etmək düşər. Xeyirli, uğurlu olsun".