
İrəvanın növbəti planı puç oldu: Yaxın günlərdə...
Yusif Nəzərli
06:06 06.06.2023
Siyasət
613
Ombudsman erməni diversantları dinlədi Erməni hərbçilərinin saxlanma şəraitindən və rəftardan şikayətləri olmayıb İstənilən halda əsirlərin qarşılıqlı dəyişdirilməsi gündəlikdə olan məsələdir
Ombudsman Səbinə Əliyeva may ayının 26-da Azərbaycan dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış iki erməni hərbçi qulluqçu - Hovagimyan Harut Yuriki və Qazaryan Karen Aşot ilə görüşüb. Ombudsman tərəfindən həmin şəxslərin müraciətləri yerində dinlənilib və saxlanma şəraitlərinə baxış keçirilib. Erməni hərbçilərinin saxlanma şəraitindən və rəftardan şikayətləri olmayıb. Yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Başçəkmə çərçivəsində saxlanma şəraiti - kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olarkən hava şəraitindən dolayı yolu azaraq Ermənistana keçən iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov ermənilər tərəfindən əsir götürülüb. Ermənistanda dəhşətli işgəncələrə məruz qalan əsgərlərimizə qarşı qondarma ittihamlarla cinayət işi açılıb və barələrində hökm oxunub. Bəzi ekspertlərin fikrincə, Azərbaycan tərəfinin ələ keçirdiyi erməni diversantlarla iki əsir əsgərimizin qarşılıqlı dəyişdirilməsi ehtimalı yüksəkdir.

Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq"ə bildirib ki, mayın 26-da iki erməni əsgərin saxlanması iki əsir əsgərimizin taleyinə də aydınlıq gətirir. Ekspertin sözlərinə görə, erməni tərəfinin Azərbaycan əsgərləri ilə bağlı yaratdığı məhkəmə şousu əslində Bakıda saxlanılan erməni diversantların onlarla dəyişdirilməsi məqsədini güdürdü:
"Amma iki erməni əsgərinin sərhədimizi qanunsuz keçməsi və təxribatlar törətməyə cəhd etməsi İrəvanın planlarını alt-üst etdi. Çünki iki erməni diversant dərhal saxlanıldı. Artıq analoji bir vəziyyət yaranıb. Erməni diversantlarla iki əsir əsgərimizin dəyişdirilməsi qaçılmazdır. Xüsusi vurğulayım ki, erməni tərəfindən fərqli olaraq Azərbaycanda həbsdə olan erməni hərbçilərin saxlanma şəraiti çox normaldır. Ombudsmanın erməni hərbçilərlə görüşündən yayılan kadrlarda bu, açıq-aşkar görünür. Erməni əsgərlər görüşdə özlərini çox rahat şəkildə ifadə edirlər. Əfsuslar olsun ki, Ermənistanda saxlanılan Azərbaycan əsgərlərinə qarşı zorakılıq tətbiq edilir, işgəncələrə məruz qalırlar. Məhz ona görə də əsir əsgərlərimizi mətbuata çıxartmırlar, onlarla görüş barədə erməni mediasında heç bir məlumat getməyib. İstənilən halda əsirlərin qarşılıqlı dəyişdirilməsi gündəlikdə olan məsələdir. Düşünürəm ki, Azərbaycan-Ermənistan liderlərinin həm Brüsseldə, həm Moskvada bir araya gəlməsi, Paşinyanın Türkiyəyə səfəri tərəflər arasında kiçik də olsa etimad mühitini formalaşdırıb. Belə bir mühitdə əsirlərin dəyişdirilməsi iki tərəfin ictimaiyyətində xoş atmosfer yaradar. Düşünürəm ki, yaxın günlərdə əsirlərin dəyişdirilməsinin şahidi olacağıq. İşin sadəcə texniki tərəfi qalıb və hansısa əlavə müzakirələrə ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm