
Kavelaşvelinin ilk səfərini Azərbaycana etməsi buna işarədir -Politoloq
Yusif Nəzərli
10:31 16.04.2025
Siyasət
409
Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
Sherg.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söyləyib.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlət başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Gürcüstan lideri Mixail Kavelaşvilinin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi Tiflis və Bakı arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir:

“Gürcüstan Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Həm müttəfiqlik, həm də qonşuluq münasibətlərə malik olan ölkə olaraq son zamanlar iki ölkə arasında əlaqələr daha da inkişaf edir. Gürcüstanın Azərbaycanın enerji siyasətində mühim rola malik olması əhəmiyyətli hadisədir. İki ölkənin tarixi və mədəni əlaqələri çox möhkəm və davamlıdır. Yəni Azərbaycan və Gürcüstan uzun bir tarixi yolu birlikdə keçiblər. Bu isə tək dövlətlər deyil, eyni zamanda xalqlar arasında da münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Gürcüstan prezidentinin ilk səfərini Azərbaycana etməsi əlamətdar bir hadisədir və ən yaxın müttəfiq kimi rəsmi Bakını görməsinə işarədir. İki ölkə arasında əlaqələrin bu qədər yüksəlməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycan həmişə Gürcüstanla birlikdə Cənubi Qafqaz platformasını daha da gücləndirməyə çalışıb. Lakin Ermənistanın 30 il davam edən işğal siyasəti və hələ də Azərbaycanla sülhə gəlməməsi səbəbindən vahid “Cənubi Qafqaz Evi” layihəsi baş tutmayıb. Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişaf etməsi və Ermənistanın kənarda qalması sübut edir ki, sözügedən layihənin baş tutmamasının başlıca səbəbkarı rəsmi İrəvandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region