Kremlin avazı yaxşı gəlir
Yusif Nəzərli
04:26 23.06.2022
Siyasət
767
Rusiya sülh öhdəliyini tezliklə həll etməlidir
Azərbaycan Moskvanın əvəzinə öhdəliklərin icrasına başlasa, nə Rusiya, nə də regiona buraxmaq istəmədiyi xarici güclər heç nə edə bilməyəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlı olduğunu deyib. Zaxarova bildirib ki, Rusiya ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımlarının regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarmasına imkan verməyəcək. O vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.
Rusiya XİN təmsilçisi vurğulayıb ki, Kreml Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyətinin aktivləşməsini alqışlayır: “Bildiyiniz kimi, İşçi Qrupun iyunun 3-də X iclası keçirilib. Tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar. Müzakirələr 16-17 iyun tarixlərində Peterburq İqtisadi Forumu çərçivəsində də davam etdirilib. Rusiya tərəfi məlum prosesə kömək etməyə davam edir”.
Mariya Zaxarova “altılıq” platformasından da söz açıb. Qeyd edib ki, “3+3” formatında ikinci görüşün tarixi və keçiriləcəyi məkanı razılaşdırılır: “Hesab edirik ki, bu barədə məlumatı tədbirin təşkilatçı ölkəsi təqdim etməlidir”.
Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Rusiyanın strateji planlarının Vladimir Putinin dilindən səslənməsindən sonra hansısa rəsminin qulağa xoş gələn gözəl sözlər söyləməsinin heç bir prinsipial əhəmiyyəti yoxdur. Analitikin fikrincə, Putinin “bütün keçmiş sovet əraziləri Rusiyanın tarixi əraziləridir” sözündən sonra Moskvanın sülhsevər missiyasından, konstruktiv addımlardan danışmaq sadəlövhlükdür:
“Rusiya ətraf regionlarına kənar qüvvələrin daxil olmasına Ukraynaya hücum etməklə cavab verdi. Bununla da digər regionlara dərs verməyə çalışdı. Nəticə göz önündədir. Əlbəttə, Zaxarovanın açıqlamalarını Ukraynada baş verənlərdən sonra Rusiyanın mövqeyində müsbət dəyişiklik kimi qəbul etmək istərdik. Amma bu, böyük ehtimalla Rusiyanın gələcək planlarının həyata keçməsi üçün deyilən fikirdir. Problemi yaradan və 30 il dondurub saxlayan Rusiyanın “bölgədəki problemləri özümüz həll edəcəyik” vədi heç vaxt inandırıcı ola bilməz”.
Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin problemdə son nöqtəni qoymağa gücü və iradəsi çatır:
“Əgər Rusiya həqiqətən də regionda problemi həll etmək istəyirsə və səmimidirsə, bunu tezliklə etməlidir. Təbii ki, məsələ Azərbaycan dövlətinin istədiyi şəkildə həll edilməlidir. Rusiya üçtərəfli sazişdə nəzərdə tutulmuş 5 ildən geriyə qalan müddəti səmərəli dəyərləndirməlidir.
Bu günə kimi əməl etmədiyi öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan Moskvanın əvəzinə öhdəliklərin icrasına başlasa, nə Rusiya, nə də regiona buraxmaq istəmədiyi xarici güclər heç nə edə bilməyəcək.
Azərbaycan yenə də beynəlxalq hüququn ona verdiyi səlahiyyətlər çərçivəsində öz problemini özü həll edəcək. Bundan sonra Rusiya regiona buraxmaq istəmədiyi ölkələr kimi özü də kənar qüvvəyə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi