"Müharibə tezliklə bitəcək"
Yusif Nəzərli
06:20 24.06.2022
Siyasət
594
Mehman Əliyev: "Artıq Rusiya Ukrayna ilə bağlı bütün böyük hədəflərini kənara qoyub"
"Danışıqlar mərhələsində hər ölkə öz problemini gündəmə gətirəcək və müzakirələr gedəcək"
“Rusiyanın amansız müharibəsinə baxmayaraq, birgə səylər nəticəsində tezliklə qarşı tərəf üzərində qələbə olacaq”. Bu fikirləri Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib. Zelenski müharibəni ən qısa vaxtda qələbə ilə bitirəcəklərini söyləyib: “Vahid Avropa istənilən diktaturadan güclüdür. Hətta belə amansız müharibə zamanı da Ukraynanın demokratik institutları qorunub saxlanılıb”. Zelenskinin “müharibə tezliklə bitəcək” bəyanatını “Şərq”ə təhlil edən “Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev də hesab edir ki, Rusiya-Ukrayna savaşının tezliklə bitmə ehtimalı yüksəkdir...
- Mehman müəllim, Rusiya-Ukrayna savaşının tezliklə sona çatacağı ilə bağlı iddiaları necə dəyərləndirirsiniz?
- Mən də o cür düşünürəm. Artıq Rusiya Ukrayna ilə bağlı bütün böyük hədəflərini kənara qoyub. Ruslar indi sadəcə Donbasdan danışırlar. Luqansk demək olar ki, tamam götürülüb. Donetskdə də xeyli irəliləyiblər. Tərəflərin bölgədə üstünlüyu hardasa əlli-əlliyədir. Çox güman Donetskdə də proses bir araya yekunlaşacaq. Bununla da müharibə dayandırılacaq.
- Yəni müvəqqəti atəşkəs imzalanacaq?
- Təbii ki, burada müvəqqəti dayanmadan söhbət gedir. Bir növ Gürcüstanın Osetiya və Abxaziya problemi kimi olacaq. Yəni müharibə, döyüş əməliyyatları dayandırılır, amma ərazi problemləri qalır.
- Bəs bundan sonra hansı mərhələ başlayır?
- Bununla da yeni mərhələnin, danışıqlar prosesinin əsası qoyulur. Danışıqlar mərhələsində hər ölkə öz problemini gündəmə gətirəcək və müzakirələr gedəcək. Ukraynanın əsas istiqaməti Avropa Birliyidir. Kiyev aktiv şəkildə Aİ-yə doğru irəliləyir. Rusiya isə Qərblə münasibətləri bərpa etmək istəyir.
- Prosesin bu şəkildə bitməsi Rusiyanın qələbəsi anlamına gəlmirmi?
- Əslində Moskva da ümumi prosesin iştirakçısıdır. Rusiyanın da öz məqsədləri, hədəfləri var idi və demək olar ki, Moskva öz hədəflərinə nail olub. Yəni məsələ artıq bitmiş sayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi