Ümumiyyətlə, Rəisi regional təhlükəsizlik, xüsusilə artıq həll edilmiş Qarabağ münaqişəsi barədə bir kəlmə də demədi. Rəisinin dilindən çıxan yeganə söz belə oldu: “Bölgədə sülhün qorunması Tehran üçün əsas prioritet kəsb edir və İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır”. Dövlət rəhbərləri arasında müzakirə edilən məsələlər əvvəlcədən razılaşdırılır. Şübhə yox ki, Paşinyan-Rəisi görüşünə hazırlıq gedərkən, Tehran regionla bağlı siyasi müzakirələr və bəyanat verilməsinə razılıq verməyib. Onu da nəzərə alaq ki, İbrahim Rəisinin andiçmə günündə Azərbaycan nümayəndə heyəti də İranda səfərdə idi.
Paşinyan İrandan əliboş qayıtdı
Turan
11:29 07.08.2021
Siyasət
680
Rəisi Qarabağla, sərhəddəki məsələlərlə bağlı bir kəlmə də danışmadı
İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak etdi. Tərəflər arasında geniştərkibli görüş baş tutdu və bir sıra məsələlər müzakirə edildi. Görüşdə diqqət əsasən ikitərəfli əməkdaşlığa, ticari əlaqələrə ayrıldı. Paşinyan İrana iqtisadi partnyor kimi necə yüksək qiymət verdiyini açıq şəkildə vurğuladı. Qarakilsə-Meğri yolunun tikintisində İran şirkətlərinin iştirakı, Şimal-Cənub avtomobil xətti, elektrik enerjisi sahəsində əməkdaşlıq və s. təkliflərini səsləndirdi. Paşinyan Rəisidən Qarabağla, sərhəddəki məsələlərlə bağlı fikir bəyan etməsini gözləsə də, İran prezidenti bu mövzulardan bəhs etmədi.
Ümumiyyətlə, Rəisi regional təhlükəsizlik, xüsusilə artıq həll edilmiş Qarabağ münaqişəsi barədə bir kəlmə də demədi. Rəisinin dilindən çıxan yeganə söz belə oldu: “Bölgədə sülhün qorunması Tehran üçün əsas prioritet kəsb edir və İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır”. Dövlət rəhbərləri arasında müzakirə edilən məsələlər əvvəlcədən razılaşdırılır. Şübhə yox ki, Paşinyan-Rəisi görüşünə hazırlıq gedərkən, Tehran regionla bağlı siyasi müzakirələr və bəyanat verilməsinə razılıq verməyib. Onu da nəzərə alaq ki, İbrahim Rəisinin andiçmə günündə Azərbaycan nümayəndə heyəti də İranda səfərdə idi.
Paşinyan-Rəisi görüşünün detallarını “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, Rəisinin Paşinyanla görüşündə bizim üçün müsbət çalarlar var. Ekspertin fikrincə, ən azından yeni prezident Rəisinin dilindən Azərbaycan əleyhinə hansısa bəyanat, yaxud fikir eşitmədik:
“Bir neçə günə əvvəl İran prezidenti Azərbaycan dövlət başçısını Qarabağ zəfəri münasibəti ilə təbrik etmişdi. Bundan əvvəl İranın ali rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmiş, Qarabağın işğaldan xilas edilməsini dəstəkləyən mesajlar vermişdi. XİN rəhbəri M.C.Zərif də bölgəyə səfərində Qarabağ zəfərinin önəmindən bəhs etmişdi. Eyni zamanda İranın Azərbaycandakı səfirinin dilindən də xoş siyasi mesajların şahidi olmuşuq. Paşinyanın İran səfərinin kökündə dayanan əsas məqam məhz İran rəhbərliyinin Azərbaycana xoş münasibət sərgiləməsidir”.
Ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin regional nəqliyyat kommunikasiyalarının qurulması İranın da maraqlarına tam uyğundur: “Tehran hökuməti bununla bağlı fikirlərini dəfələrlə bəyan edib. İran gözəl başa düşür ki, Azərbaycanın bölgədə lider rolunda olması Tehran üçün iqtisadi-siyasi baxımdan daha sərfedicidir. Yarım müstəqil vəziyyətə düşmüş, piyon bir dövlətin İrana faydası yoxdur. Düşünürəm ki, Paşinyan İran səfərindən gözlədiyini ala bilmədi. Erməni mətbuatında dərc olunan yazılar, ictimai dairələrdə gedən müzakirələr də göstərir ki, Paşinyan İrandan əliboş qayıdıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə