Paşinyan israr edir, Prezident isə ordu ilə qarşıdurmanı arzulamır - POLİTOLOQ
Turan
09:34 28.02.2021
Siyasət
615
"Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın imzaladığı Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytardı".
"Sherg.az” xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Analitik bildirib ki, Paşinyan isə fikrində qəti olduğunu və növbəti dəfə qərarını prezidentə göndərəcəyini elan edib:
"Hər ikisinin addımı gözlənilən idi. Çünki mövcud durumda prezidentin əks qərarı ordu ilə siyasi hakimiyyətin açıq silahlı qarşıdurmasına səbəb ola bilərdi. Aydındır ki, prezident Sarkisyan bunu arzulamır. Sarkisyan mümkün qədər cəmiyyətdəki nüfuzu hələ də digərlərindən daha çox olan Paşinyan ilə də, hərbi elita ilə də körpüləri qorumağa çalışır. Bunu sadəcə öz gələcəyi üçün deyil, Ermənistandakı qeyri-sabitliyin dərinləşməməsi üçün də edir".
Siyasi şərhçi vurğulayıb ki, Sarkisyanın Baş Qərargaha gedərək generallarla görüşməsinin səbəblərindən biri də bu olub. Qərarına Baş qərargahda gördüyü abu-havanın və xarici bəzi güclərin mövqeyinin təsir etdiyini güman etmək olar. Amma gərginlik davam edir. Tərəflər mövqelərində israrlıdırlar və Rusiya açıq şəkildə müdaxilə etmədiyi müddətcə buradan geri dönüş ehtimalı çox zəifdir. Bu prosesdən tərəflərdən birinin ağır məğlubiyyətlə ayrılması ehtimalı yüksəkdir. Hətta barışıq görüntüsü yaradılsa belə arxa planda fərqli proseslərin gedəcəyini rahatlıqla gözləmək olar. Ermənistandakı proseslər orta mərhələdə hazırda çox fəal olanlardan fərqli bir siyasi fiqurun ortaya çıxması və güc sahibi olmasıyla da nəticələnə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya