Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”. Bəzi ekspertlər iddia edirlər ki, referendumun məqsədi dövlətin idarəçiliyində baş nazirlə prezident arasında səlahiyyətləri paylaşmaqdır. Onların fikrincə, mitinqdən öncə Prezident Armen Sarkisyanla görüşən Paşinyan Onik Qasparyanın istefası ilə bağlı fərmanın imzalanmasını müzakirə edib. Baş nazir prezidenti öz cəbhəsinə çəkmək üçün vədlər verib. Yəni konstitusiya dəyişdirilir, prezidentin səlahiyyətləri artırılır və hakimiyyətdə daha çox güc əldə etmək istəyən Armen Sarkisyan da istəyinə nail olur.
Paşinyanın planları gələcəklə bağlıdır
Turan
06:15 03.03.2021
Siyasət
667
Ölkəni prezidentli pespublika edərək dövlətin başına keçmək niyyətindədir
Ermənistan cəmi üç ildir qüvvədə olan parlament üsul-idarəsindən imtina etməyə hazırlaşır. Baş nazir Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə deyib ki, bu ilin oktyabr ayında ölkədə yeni Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Paşinyan bəyan edib ki, 2015-ci ildə qəbul edilən və 2018-ci ildə qüvvəyə minən Konstitusiyada çoxlu çatışmazlıqlar var və ali qanunda böhranlı vəziyyət yaranması üçün risklər mövcuddur: “Hesab edirik ki, yarı-prezident üsul-idarəsinə keçmək ən yaxşı variantlardan biridir. İnanırıq ki, ən yaxşı seçimi edəcəyik.
Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”. Bəzi ekspertlər iddia edirlər ki, referendumun məqsədi dövlətin idarəçiliyində baş nazirlə prezident arasında səlahiyyətləri paylaşmaqdır. Onların fikrincə, mitinqdən öncə Prezident Armen Sarkisyanla görüşən Paşinyan Onik Qasparyanın istefası ilə bağlı fərmanın imzalanmasını müzakirə edib. Baş nazir prezidenti öz cəbhəsinə çəkmək üçün vədlər verib. Yəni konstitusiya dəyişdirilir, prezidentin səlahiyyətləri artırılır və hakimiyyətdə daha çox güc əldə etmək istəyən Armen Sarkisyan da istəyinə nail olur.
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə isə “Şərq”ə bildirib ki, Pasinyanın parlament respublikasını ləğv edib, prezidentlik sisteminə keçidə hazırlaşmasının əsas səbəbi gələcəkdə özünü prezident etməkdir. Analitikin sözlərinə görə, Paşinyan prosesləri nəzarətdə saxlaya bilsə və referenduma nail olsa, üçüncü respublikanı yaradıb prezident ola bilər:
“Referendumun nəticələri hazırkı prezidentin səlahiyyətlərinə şamil olunmayacaq. Əgər, bu hal olsaydı, təbii ki, Pasinyan buna getməzdi. Baş nazir Paşinyan Prezident Armen Sarkisyanla demək olar ki, düşmən mövqedədir. Ümumiyyətlə, Sarkisyan Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır. Prezident baş nazirə qarşı hazırlanan çevrilişin içindədir və “Qarabağ klanı”na yaxın biridir. Ona görə də referendum Sarkisyanın səlahiyyətlərini artırmayacaq.
Paşinyanın planları gələcəklə bağlıdır. Ölkəni prezidentli pespublika edərək dövlətin başına keçmək niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya