
Pezeşkian Qərblə anlaşa bilməyəcək - ŞƏRH
00:07 02.08.2024
Siyasət
609
Haniyənin öldürülməsi yeni prezidentə böyük problemlər yaradacaq
"İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi. Ancaq bunun üçün məhz İranı seçdi". Bu sözləri isə politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda raket zərbəsi ilə öldürməsinin səbəbi islahatçı kimi dəyərləndirilən İranın yeni Prezidenti Məsud Pezeşkianla bağlıdır:

"İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir. Məsud Pezeşkianın isə prezident kürsüsündə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması olacaqdı. Bu, İsrailin maraqlarına ziddir. Çünki Təl-Əviv düşünür ki, Tehran Qərblə münasibətlərin normallaşması adı altında həm nüvə çalışmalarını davam etdirəcək, həm də əvvəlki kimi HƏMAS və Hizbullah kimi təşkilatları İsrailə qarşı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək".
Analitikə görə, HƏMAS liderinin Pezeşkianın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsi İranın yeni Prezidentinin imicinə də mənfi təsir etdi: "Pezeşkian HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir, o, ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial