Politoloq: Bakı üçün sülh sazişi bir nömrəli məsələ deyil
Politoloq: Bakı üçün sülh sazişi bir nömrəli məsələ deyil
09:22 31.07.2024
Siyasət
433
Ona görə də öz haqlı tələblərimizi irəli sürür, mövqelərimizdən, prinsiplərimizdən əsla geri durmuruq
Ermənistan nə vaxt sülhün özləri üçün vazkeçilməz və yeganə çıxış yolu olduğunu anlasa, o zaman İrəvan Bakının şərtlərini yerinə yetirməyə məcbur qalacaq
Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində ən böyük və məhsuldar vasitəçilik təcrübəsinə malikdir. Bunu Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. O bildirib ki, mehriban qonşuluğu bərpa etmək üçün Bakı və İrəvan bütün imkanlardan yararlanmalı və müxtəlif platformalardan vasitəçilik təkliflərini qəbul etməlidirlər:
“Nəzəri cəhətdən birbaşa dialoq qoyulmuş məsələnin həllini yaxınlaşdırır. Amma praktikada biz eyni Avropa bürokratiyasının və ya demokratik ABŞ administrasiyasının birtərəfli mövqeyini və qərəzli münasibətini görürük ki, bu da sülhyaratma baxımından tamamilə qəbuledilməzdir; hələ indiki halda Fransa rəhbərliyinin Azərbaycana qarşı açıq düşmənçilik siyasəti və Ermənistanı hərbi münaqişəni yenidən başlamağa təşviq etməsi də göz önündədir”. Arkov qeyd edib ki, Bakının Moskvanın təklifinə müsbət reaksiyası tamamilə məntiqli və başadüşüləndir: “Azərbaycan gözləyir ki, Rusiyanın iştirakı ilə Ermənistanla danışıqlar növbəti dəfə konkret mühüm nəticələrə gətirib çıxaracaq. Nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu isə öz ölkələri ilə yanaşı, həm də qonşularının inkişafı üçün geniş imkanlar açacaq”. Gürcü politoloq Gela Vasadze deyib ki, Ermənistan 44 günlük müharibədə silahlarının böyük hissəsini itirib və indi öz hərbi potensialını bərpa etməyə çalışır: "Başqa bir sual ondan ibarətdir ki, onlar bunun üçün düzgün vaxtı seçiblərmi? Mən şübhə edirəm. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir ki, onlar Azərbaycanla sülh bağlamağa heç vaxt bu qədər yaxın olmayıblar. Amma ümumilikdə onlar güclü orduya sahib olmaq istəyirlər”. ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da vurğulayıb ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişini imzalamağın vaxtı çatıb.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması artıq prioritet deyil. Çünki tərəflərin yanaşmaları hələ də çox fərqlidir. Ekspert bildirib ki, fərqli yanaşmaları yaxın dövrdə aradan qaldırmaq, bir-birinə yaxınlaşdırmaq heç də asan deyil, əksinə, kifayət qədər mürəkkəbdir:
"Digər tərəfdən, Cənubi Qafqazda gedən proseslər dünyada yaşananlarla, qlobal miqyasda baş verənlərlə birlikdə cərəyan edir. Yəni proseslər bir-birinə bağlıdır. Dünyanın bir neçə bölgəsində seçki marafonuna ciddi hazırlıq gedir. Həm Avropa İttifaqında, həm də qitənin aparıcı ölkələrində - Böyük Britaniyada, Fransada seçkilər keçirilib. Eyni zamanda ABŞ-də seçkilər olacaq. Seçkilərdən sonra dünyada müəyyən siyasi palitra formalaşacaq. Yeni dönəmin siyasi liderləri tərəfindən aktual məsələlərin həlli ilə bağlı yeni təkliflər irəli sürüləcək. Düşünürəm ki, Cənubi Qafqaz gündəmi ilə bağlı da müəyyən təkliflər olacaq".
Analitikin fikrincə, hazırda dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərqdə baş verənlərdədir:
"Böyük ehtimal bu problemlərin həlli müəyyən formada həllini tapdıqdan sonra nəzər və diqqət Cənubi Qafqaza, Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə yönələcək. Əslində, Bakı üçün də sülh sazişi bir nömrəli məsələ deyil. Azərbaycan öz istədiklərinə böyük ölçüdə nail olub. Ona görə də öz haqlı tələblərimizi irəli sürür, mövqelərimizdən, prinsiplərimizdən əsla geri durmuruq. Ermənistan nə vaxt sülhün özləri üçün vazkeçilməz və yeganə çıxış yolu olduğunu anlasa, o zaman İrəvan Bakının şərtlərini yerinə yetirməyə məcbur qalacaq. Dünyanın aparıcı oyunçuları belə Azərbaycanın mövqeyinə təsir göstərə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz