
Politoloq: Ukrayna tərəfdaşları ilə birlikdə Rusiyanı danışıqlar masasına oturtmağa çalışmalıdır
12:56 01.08.2024
Siyasət
503
Rusiya nəzarəti altına altığı Ukrayna ərazilərinin heç birini geri qaytarmaq niyyətində olmadığını açıqlayıb. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. O, həmin ərazilərin Rusiyanın tərkib hissəsi olduğunu deyib: “Bizim konstitusiyamız Rusiyadan hər hansı torpağın qoparılmasını qadağan edir. Bunu hər kəs eşitməlidir. 4 birləşmiş ərazi ilə bağlı heç bir güzəşt ola bilməz və olmayacaq”.
Matviyenkonun sözlərinə görə Rusiyanın maraqları və torpaq reallıqlarının nəzərə alınacağı təqdirdə Ukrayna ilə danışıqlara hazır olduğunu qeyd edib.
Matviyenkonun fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya əvvəllər də Ukraynada tutduğu əraziləri geri qaytarmayacağı ilə bağlı açıqlamalar verib:
"Rusiyat sözügedən məsələyə hüquqi don geyindirərək həmin əraziləri işğal və ilhaq edib. Bu isə beynəlxalq hüququn çeynənilməsidir. Hazırda beynəlxalq hüquq Yaxın Şərq məsələsinə və Rusiya-Ukrayna müharibəsinə görə ciddi şəkildə böhran yaşayır. Valentina Matviyenkonun açıqlaması Rusiyanın bu məsələdə qərarlı olduğunu göstərir. Matviyenko özünün sərt mövqeyi ilə seçilir və Putin hakimiyyətinin əsas simalarından biridir. Matviyenkonun açıqlaması Putin hakimiyyətinin mövqeyini tamamilə ortaya qoyur”.

Ekspert vurğulayıb ki, Ukrayna savaşının dayandırılmasının həlli uzun müddətdir mümkün deyil:
“Müharibənin həll yolu dərhal danışıqları bərpa etməkdir. Ukrayna tərəfdaşları ilə birlikdə Rusiyanı danışıqlar masasına oturtmağa çalışmalıdır. Əks halda müharibə getdikcə Ukraynanın əleyhinə işləyəcək. Ukrayna Qərbdən istədiyi dəstəyi ala bilmir. Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yaxınlaşır. Seçkilərdə Donald Trampın yenidən prezident olma ehtimalı böyükdür. Bu isə Ukraynaya sərf edən məsələ deyil. Ona görə də Zelenski münaqişənin ziyanına işləməsinə imkan verməməli və danışıqlar masasına əyləşməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial