Prezident və baş nazir arasında gərginlik – Kim udacaq? - ŞƏRH
Fidan Həmişəyeva
11:09 03.03.2021
Siyasət
790
“Armen Sarkisyanla Nikol Paşinyanın bir komandada olması mümkün olmayacaq”
“Görünən odur ki, A.Sarkisyan özünü uzun müddətdir, Ermənistan lideri kürsüsündə görmək arzusundadır”
Ermənistanın baş naziri Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra prezident Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb.
Paşinyanın tərəfdarları isə vəsatəti imzalaması üçün prezidentə təzyiq göstərir. “Mənim addımım” fraksiyasından olan deputat Vaaqn Ovakimyan Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna etməyib. O, bildirib ki, indiki halda A.Sarkisyan öz səlahiyyətlərini özbaşına həyata keçirib. Bu, ölkədə sabitliyin pozulmasına gətirə və dövlət təhlükəsizliyini təhlükə altında qoya bilər:
Dünən isə Armen Sarkisyan Paşinyanın Qasparyanı vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini ikinci dəfə imzalamayıb. Beləliklə, Sarkisyan və Paşinyan arasında gərginlik davam edir.
Ermənistandakı prosesləri “Sherg.az”a şərh edən politoloq Əhməd Əlili bildirib ki, hazırda Sarkisyanın əlinə Ermənistanda aparıcı lideri olması üçün böyük fürsətlər düşüb:
“Paşinyan Armen Sarkisyana bildirdi ki, ya bu sənədi imzalamalısınız, ya da ki, özünüzü müxalifətə keçmiş elan etməlisiniz. Həmin anda Sarkisyan məsələni dəyərləndirmədi. Beləliklə, prezident və baş nazir arasında gərginlik artdı.
Bundan sonra hər ikisinin bir komandada olması mümkün olmayacaq. Görünən odur ki, Sarkisyan özünü uzun müddətdir, Ermənistan lideri kürsüsündə görmək arzusundadır.
Ən real namizədlərdən biri də elə o idi. A.Sarksiyan hazırda hesab edir ki, erməni xalqı keçmiş liderləri görmək istəmir, Paşinyanı isə məğlub biri kimi qəbul etmirlər. Ona görə də Sarkiyan özünü əsas lider kimi görür və düşünür ki, hazırda əlinə yaxşı fürsət düşüb.
Bu istiqamətdə irəliləmək və gərginlik yaratmaq, Paşinyanı uzaqlaşdırmaqla özünün Ermənistanda lider olması üçün şərait qurmaq istəyir.
O, planlarını bu istiqamatdə həyata keçirmək fikrindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya