
"Putin müşavirəni bilərəkdən çağırıb"
Yusif Nəzərli
11:08 22.06.2023
Siyasət
687
"Ukraynanın əks-hücum əməliyyatları qəribə bir situasiya doğurur. Çünki bir tərəf digərinə həmlə edəndə bu gizli şəkildə olur. Yəni əvvəlcədən hay-küy salmır".
Bunu "Sherg.az"a açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Vladimir Putinin keçirdiyi müşavirədən danışarkən deyib.
O vurğulayıb ki, rəsmi Kiyevin əks-hücumu hərbi əməliyyatlardan çox siyasi təbliğata çevrilib:
"Bu təbliğatın yükünün altında qalan Ukrayna tərəfi isə, məcbur qalıb əməliyyatlara başladı. Yəni əks-hücuma keçilsə də, hələlik real nəticə əldə olunmayıb. Düzdür Ukrayna bütün rezervləri işə salmayıb, amma eyni zamanda Rusiya da bütün gücü ilə müdafiə olunmur".
Analitik sözlərinə görə, rəsmi Kiyevin ciddi uğurları olsa idi, bunu açıq şəkildə bəyan edərdi:
"Yəni 4 kəndin azad edilməsi ilə bağlı paylaşılan videodan başqa ortada heç nə yoxdur. Görünən odur ki, Ukrayna hələlik istədiyi nəticəni əldə edə bilməyib. Hətta hücumlar deyildiyi kimi Krım tərəfdən yox Zaparoje vilayəti istiqamətində həyata keçirilir. Putin də bilərəkdən müşavirəni çağırıb ki, Şoyqu hər kəsə Ukrayna tərəfinin ciddi uğur əldə etmədiyini çatdırsın. Digər tərəfdən Stoltenberqin "bizim ehtiyatlarımız tükənib və yenidən rezervlərimizi doldurmalıyıq" deməsi, göstərir ki, Ukrayna tərəfi əməliyyatlarda çətinlik çəkir".

Qeyd edək ki Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
O müdafiə naziri Sergey Şoyqudan Ukraynadakı döyüş bölgəsindəki vəziyyət barədə məlumat verməsini istəyib.
Şoyqu bildirib ki, Ukrayna qoşunları fəaliyyətini azaldıb və yenidən qruplaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 16 gün ərzində hücum əməliyyatı keçirməyə çalışsa da, hazırda onların tempi azalıb.
Həmçinin Rusiya MN başçısı Ukrayna Silahlı Qüvvələrinin hələ də hücum əməliyyatı aparmaq gücünün olduğunu söyləyib .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya