Qərbin ilginc tələbi: İrəvanın nəbzi yoxlanılır?
08:46 05.12.2023
Siyasət
467
Qərb Ermənistanda növbədənkənar parlament seçkisi keçirməyi tələb edir.
Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, seçki tələbi, əsasən, Qərb dairələrindən gəlir, belə ki, onlar Nikol Paşinyanın nüfuzdan düşəcəyindən ehtiyat edirlər.
Yazıda qeyd olunur ki, öz partiyasının iclaslarının birində Nikol Paşinyan ötəri də olsa, gələn il seçkinin keçiriləcəyini istisna etməyib.
“Paşinyanın partiyası getdikcə nüfuzdan düşür, digər tərəfdən isə yeni müxalifət qüvvələrinin formalaşması ehtimalı artır, ona görə də o, müxalifətçiləri qabaqlamaq qərarına gəlib. Paşinyan anlayır ki, zaman hakimiyyətin əleyhinə işləyir”, - qəzet yazır.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkisi ilə bağlı iddia nəbz yoxlanışı məqsədi daşıya bilər:
"Ümumiyyətlə İrəvanda belə bir qərarın olub-olmamasını aydınlaşdırmaq indi üçün çətindir. Bir mənzərəni aydın görmək lazımdır. Əvvəllər Ermənistandakı hakimiyyətin başında kimin durmasının Rusiya və Qərb üçün o qədər də önəmi yox idi.
Qərbin Robert Koçaryan və Serj Sarkisyana münasibəti necə idisə, indi də eyni simpatiyanı Nikol Paşinyana göstərirlər. Rusiyanın da Koçaryan və Sarkisyana rəğbəti var idi, lakin Paşinyanın regional kartları dəyişdirmək cəhdindən bəri Moskva ənənəvi siyasətinə redaktələr edir. Ermənistan indi Rusiya üçün dalan, Qərb üçün Moskvanı Cənubi Qafqazda sıxışdırmaq pəncərəsidir".
Ekspert qeyd edib ki, Rusiya Qərbi öz qırmızı çərçivələrinin həndəvərindən itələyib “təhlükəsiz zonaya” çıxarmaq üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığa önəm verir:
"Lakin Azərbaycan qırmızı xətlərini özünün strateji maraqları hüdudlarından kənara çıxarıb başqa ölkənin ambisiyalarına inteqrasiya etdirmir. Burada Azərbaycan Qərblə də, Rusiya da ilə də səmərəli və inkişaf edəcək əməkdaşlığa çalışır, daha birinin digərini oyundan kənarlaşdırmaqdan ötrü planları icra etmir. Ermənistan isə oxu Rusiyaya qarşı tuşlayır. Lakin onun regional siyasətdə manevr imkanları yoxdur, o, direktivlərlə hərəkət edir. Ermənistanda Paşinyan öz hakimiyyətini qorumaq üçün təhlükələrlə əlaqədar regional auditoriyanı inandırmalıdır. Burada Paşinyan üçün ən yaxşı seçim seçki prosesi ola bilər.
Ermənistanda Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlmək ehtimalı isə yalnız hərbi çevrilişlə mümkündür. Real seçki şəraitində ruspərəst dairələrin şansı yoxdur, keçmiş prezidentlər Koçaryan və Sarksyana isə erməni ictimai rəyində nifrət var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya