“Borussiya”nın (Dortmund) futbolçusu Coy Veerman UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, niderlandlı yarımmüdafiəçi yaradılan imkanlardan tam istifadə edə bilmədiklərini vurğulayıb:
“Bu gün yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Ötən həftə ilə müqayisədə oyunumuz daha yaxşı alındı. Lakin matçın taleyini daha tez həll etməli və daha çox qol vurmalı idik.
Sıx oyun qrafiki və uzun səfərlər də bizim üçün asan olmadı. Evə cəmi 12 saatlıq gəldim, sonra Berlinə uçduq. Qayıtdıqdan cəmi 12 saat sonra isə yenidən Bakıya yola düşdük. Buna görə də həftə ağır keçdi. Amma belə bir həftəni qələbə ilə başa vurmaq çox xoşdur”.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.