Regional nəqliyyat dəhlizi açılır
Yusif Nəzərli
23:36 06.06.2023
Siyasət
476
Bu marşrut Aİ ölkələri üçün də olduqca önəmlidir
Ermənistan hakimiyyəti tədricən reallığın fərqinə varmağa başlayıb
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər. Xatırladaq ki, 3 iyunda Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı hər 3 ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti iclası konstruktiv şəraitdə keçib. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili istiqamətində konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistandan keçən kommunikasiyaların açılması və bu istiqamət üzrə nəqliyyat dəhlizinin işləməsi ilk növbədə Ermənistana lazımdır. Analitikin sözlərinə görə, bu, Ermənistan üçün bir dövlət kimi mövcudluq imkanı deməkdir: "Azərbaycanın alternativ beynəlxalq nəqliyyat imkanları var, qonşu ölkədə isə bu yoxdur. Görünür, Ermənistan hakimiyyəti tədricən reallığın fərqinə varmağa başlayıb. Əlbəttə, regional nəqliyyat dəhlizi bütün bölgənin xeyrinədir və bu baxımdan mümkün olan ən qısa vaxtda tikintisinə başlamaq lazımdır. Moskva görüşünə gəldikdə isə bu, aydın məsələdir ki, Rusiya Cənub-Qərb kommunikasiyalarında o qədər də maraqlı deyil. Sadəcə, prosesi öz nəzarətində saxlamaq və mümkün qədər gecikdirmək taktikasını həyata keçirir. Avropa İttifaqının nümayəndəsinin prosesdə iştirakı, şübhəsiz, mühüm əhəmiyyətə malikdir və bu həm də qarşı tərəfin proyektdə ciddi maraqlarının olmasını göstərir. Hazırda Rusiya ilə kommunikasiyaları bağlamağa məcbur olan Aİ ölkələri üçün bu marşrut olduqca önəmlidir. Həmçinin Avropanın nəqliyyat təhlükəsizliyi alternativ yolların olmasını tələb etdiyindən Aİ-nin İrəvanı bu məsələyə maneə olmamağa, əksinə, fəal iştirak etməyə həvəsləndirməsi də yaxşı anlaşılandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya