
Rus sərhədçiləri, sadəcə, hava limanının ərazisindən çıxıblar - AÇIQLAMA
03:26 02.08.2024
Siyasət
450
Gözlənilən hadisə idi
Ermənistan ərazisində Rusiya Sərhəd Qoşunlarının fəaliyyəti davam etməkdədir
Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Ermənistan KİV buradan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir. İddialara görə, İrəvan hökuməti bir neçə ay öncə “Zvartnots” Hava Limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını, sadəcə, Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Baş nazir Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir.
Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, Rusiya sərhədçilərinin Ermənistandakı "Zvartnots" Hava Limanından çıxarılması çoxdan gözlənilən hadisə idi. Ekspertin sözlərinə görə, Paşinyan bunu erməni ictimaiyyətinə çoxdan vəd etmişdi:

"Hətta 2018-ci ildə Paşinyan hakimiyyətə gələrkən nəinki hava limanında, ümumiyyətlə, Gümrüdəki hərbi baza da daxil olmaqla, rus hərbçilərinin bütün Ermənistandan çıxarılacağı ilə bağlı vədlər verirdi. Üzərindən bir müddət keçəndən sonra aydın oldu ki, Paşinyan verdiyi vədlərə əməl edə bilməyəcək. Ermənistandan rus əsgərlərinin çıxarılması sözünü tuta bilməyən baş nazir son həmlə olaraq, heç olmasa, paytaxtdakı aeroportdan rus sərhədçilərinin çıxarılmasına çalışdı və buna nail oldu. Bu da Rusiya ilə uzun danışıqlardan və formalaşan ictimai rəydən sonra əldə edildi. Gümrüdəki hərbi bazada yerləşdirilmiş həbçilər Rusiyanın Müdafiə Nazirliyinə, hava limanındakı sərhədçilər isə Rusiya Federal Təhlükəsizlik Xidmətinə mənsubdur. Yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzdindəki sərhəd mühafizə xidmətinin əməkdaşları Rusiya ilə yanaşı, həm də Ermənistan sərhədlərini qoruyurlar. Rusiya hərbçiləri ilə rus sərhədçiləri fərqlidir. Biri silahlı qüvvələrin əsgəridirsə, digəri, yəni sərhədçilər kəşfiyyatçılardır. Əgər Rusiya öz sərhədçilərini Ermənistandakı hava limanının ərazisindən çıxarırsa, bu o demək deyil ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanı tərk edir".
F.Abbasov düşünür ki, Ermənistan ərazisində Rusiya Sərhəd Qoşunlarının fəaliyyəti davam etməkdədir: "Rus sərhədçiləri sadəcə olaraq "Zvartnots" Hava Limanının ərazisini tərk ediblər. Bu da Rusiya və Ermənistan arasında uzun zamandır davam edən müzakirələrdən, Paşinyanın Kremldə apardığı görüşlərindən sonra əldə olunmuş nəticədir. Yəni gözlənilən nəticə idi. Şübhə etmirəm ki, Rusiya mövcud texniki sistemlərdən istifadə edərək hava limanına gəlib-gedən insanların şəxsiyyətləri haqqında orada birbaşa olmasa belə məlumatlar əldə edəcək. Rus sərhədçiləri kənardan da olsa öz müşahidələrini aparacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm