
Rusiya Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlı deyil, amma... - ŞƏRH
12:04 15.08.2025
Siyasət
335
Əməlləri ilə bu istiqamətdə heç bir töhfə vermir
Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyik.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib. "Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq", - o bildirib.
Overçuk əlavə edib ki, görüş Rusiyada olacaq.
Qeyd edək ki, Azərbaycan tərəfi sözügedən görüşlə bağlı heç bir rəsmi məlumat verməyib.
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlərin dayandırılması barədə nə rəsmi açıqlama, nə də bu istiqamətdə hər hansı praktik fəaliyyət mövcuddur:

"Sadəcə, Azərbaycan dövləti son iki tədbirdə MDB çərçivəsində keçirilən toplantılara qatılmayıb. Bununla belə, iki ölkə arasındakı əməkdaşlıq əvvəlki dövrlərdə imzalanmış müqavilələr və mövcud iş prinsiplərinə əsasən davam etdirilir. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı Rusiyada görüş keçirilməsi qeyri-adi hal deyil. Baxmayaraq ki, ötən ilin dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması iki ölkə arasında rəsmi münasibətlərin kəskinləşməsinə səbəb olub. Son zamanlar bu gərginlik pik həddə yaxınlaşsa da, iki tərəf arasında münasibətlərin dayandırılmasına dair nə şifahi, nə də rəsmi mövqe ifadə edilib. Ona görə də belə bir görüşün keçirilməsi mümkündür. Lakin hələlik Azərbaycan tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama olmadığından, bunu Rusiya tərəfinin birtərəfli qaydada verdiyi açıqlama kimi qiymətləndirmək olar. Bu, həm də Azərbaycanın mövqeyini yoxlamaq cəhdi və ya mediaya ilkin məlumat vermək məqsədi daşıya bilər. Bu görüş iştirakçılar yüksək səviyyəli dövlət rəhbərləri deyil, sadə rəhbərlər arasında reallaşarsa, əldə olunacaq razılaşmanın dövlətlərarası öhdəliyə çevrilməsi üçün mütləq dövlət başçıları və ya yüksək səviyyəli rəsmi şəxslərin iştirakı tələb olunur. Bu səbəbdən, belə bir görüşün keçirilməsi hələ ki, Azərbaycan–Rusiya münasibətlərinin gələcək istiqamətinə dair ciddi göstərici hesab edilə bilməz. Azərbaycanla Rusiya uzun illərdir iki tərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq ediblər. Ola bilsin ki, sözügedən görüş öncədən razılaşdırılmış və planlaşdırılmış dövlətlərarası struktur görüşlərinin davamıdır".
Politoloq əlavə edib ki, bu gün Rusiya Azərbaycanla münasibətlərin kəskinləşməsində özünün maraqlı olduğunu göstərmək istəmir:
"Lakin əməlləri ilə bu istiqamətdə heç bir töhfə vermir. Rusiya tərəfi görüşün keçiriləcəyini qabardaraq, iki ölkə arasında gərginliyin artıq arxada qaldığı və münasibətlərin normallaşma yolunda olduğu görüntüsünü yaratmaq istəyir. Ancaq bunun nə dərəcədə səmimi olduğunu Rusiyanın, xüsusilə Azərbaycan təyyarəsinin vurulması ilə bağlı tələblərə verəcəyi real reaksiyadan görmək mümkün olacaq. Azərbaycanın mövqeyi isə aydındır: rəsmi Bakı bu məsələdə sona qədər milli və suveren maraqlarını müdafiə edəcək. Buna görə də görüşün baş tutub-tutmaması hələ iki ölkə arasındakı münasibətlərin tam bərpa olunması və ya tamamilə kəsilməsi anlamına gəlmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə
Kim Çen In qızı ilə birlikdə yeni hərbi texnikanı sınaqdan keçirib
10:33 20.03.2026
Dünya
Rusiya Zaporojyeni atəşə tutdu: ölənlər var
10:25 20.03.2026
Dünya