Ukrayna Ali Radasının sədri azərbaycanlı həmkarı ilə telefon danışığı apardı
10:18 18.08.2025
Siyasət
319
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Milli Məclisinin Sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb. Tərəflər aktual beynəlxalq hadisələri, xüsusən də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında birgə Bəyannamənin imzalanmasını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib.
Müzakirə zamanı oqeyd edib ki, birgə bəyənnamə Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm bir addımdır.
Ruslan Stefançuk vurğulayıb ki, Ukrayna BMT Nizamnaməsinin, beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləyir.
O söyləyib: “Ukraynanın iştirakı olmadan qəbul edilən istənilən qərar – sülhə qarşı qəbul edilən qərardır. Avropa dövlətinin gələcəyini Avropasız və Ukraynasız müzakirə etmək yolverilməzdir. Bizim mövqeyimiz ardıcıldır: Rusiya qətlləri dayandırmalı və atəşkəsə razılıq verməlidir”, – deyə Ruslan Stefançuk bildirib.
Ayrıca, Ali Radanın sədri Rusiyanin azərbaycanlılara qarşı repressiyaları və Ukraynada SOCAR obyektlərinə hücumlarla bağlı Azərbaycana həmrəylik ifadə edib.
“Bu cinayətlər eyni təcavüz zəncirinin həlqələridir və biz onları qətiyyətlə pisləyirik”, - deyə Ruslan Stefançuk vurğulayıb.
Ali Radanın sədri xanım Qafarovanı rəsmi səfər çərçivəsində Ukraynanı ziyarət etməyə və 23–24 noyabr tarixlərində Stokholmda keçiriləcək Krım Platformasının Dördüncü Parlament Sammitində iştirak etməyə dəvət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial