“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir
05:17 21.04.2025
Siyasət
356
Fransa dövlət arxivlərində Osmanlı imperiyasının müxtəlif bölgələrində baş verən erməni üsyanlarının Antanta ölkələrinin sövdələşməsi və dəstəyinin nəticəsi olduğunu sübut edən çoxsaylı sənədlər var. Məqsəd Osmanlı dövlətini parçalamaq idi ki, bu da dövlət təhlükəsizliyi məqsədilə ermənilərin köçürülməsi qərarının əsaslı olduğunu təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti bazar günü dərc etdiyi “Fransa arxivlərində tarixi həqiqətlər” sərlövhəli məqaləsində məlumat verib.
Nəşr qondarma “1915-ci il soyqırımı” ilə bağlı iddiaların əsassız olduğunu vurğulayaraq, bu faktın 1915-1920-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin diplomatik depeşalarında da öz əksini tapdığını vurğulayır.
Qəzet buna misal olaraq 1915-ci il sentyabrın 29-da Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Teofil Delkasın Fransanın Londondakı səfiri Pol Kambona teleqrafla göndərdiyi şifrli məktubun mətnini göstərir.
Altı səhifədən ibarət olan sənəddə Osmanlı imperiyası torpaqlarında erməni üsyanları da daxil olmaqla təxribatçı hərəkətlərin müfəssəl planı var.
Planı həyata keçirmək üçün fransızlar Kipr və Suriyada logistika bazaları yaratmağı, həmçinin 50 minlik erməni ordusuna təlim keçməyi planlaşdırırdılar.
Çukurova (Kilikiya) bölgəsi erməni üsyanının əsas mərkəzlərindən biri hesab olunurdu. Planda strateji əhəmiyyətə malik olan Adana, Mersin və İskəndərun bölgələrini ələ keçirmək, dəmir yolunda Osmanlı ordusunun resurslarını sarsıdacaq təxribat hərəkətləri təşkil etmək nəzərdə tutulurdu.
Fransalı nazir məktubunda Osmanlı dövlətinin parçalanması layihəsini “Fransanın milli idealı” adlandırıb, həmçinin Londondakı səfiri Britaniya hakimiyyətinin açıq dəstəyini almağa çağırıb.
“Yeni Şafak” qeyd edir ki, Ermənilərin Cənubi Anadolunun dinc əhalisinə qarşı vəhşilikləri o həddə çatmışdı ki, fransız birliklərinin komandiri general Anri Quro 1920-ci il 25 noyabr tarixli məktublarının birində açıq şəkildə yazırdı: “Ermənilər onlara verilən silahlardan istifadə edərək kəndləri qarət edir, yandırır, dinc müsəlmanları öldürürlər”.
Fransız general vurğulayır ki, “ermənilər türkləri ittiham etdikləri cinayətlər törədirlər”.
Anri Quro ermənilərin nəzarətdən çıxdığını göstərir və 1920-ci il avqustun 4-də “Kilikiya Ermənistan Respublikası”nın yaradıldığını bildirir. Buna cavab olaraq, fransızlar erməni qoşunlarını tərksilah etməyə və bölgədən çıxarmağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur