"YAŞAT" Fondunun xərclədiyi vəsaitin həcmi açıqlanıb

"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.

APA xəbər verir verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

O bildirib ki, xərclər 4 istiqamət üzrə aparılıb və 79 484 043 manat təşkil edib.