Cümhuriyyət Xalq Partiyası (CHP) Baş Qərargahının tanınmış pişiyi “Şero” baytarlıq mərkəzində müalicə olunur. Çətin xəstəlik dövrünü keçdiyi və gələn ay 20 yaşının tamam olacağı deyilən "Şero" tezliklə evinə qayıdacaq.
Sherg.az xəbər verir ki, CHP-nin Ankara baş qərargah binasının tamamlanması zamanı dünyaya gələn "Şero" adlı pişik o vaxtdan 20 ilə yaxındır ki, qərargahdadır.
Bir müddət əvvəl xəstələnən “Şero” baytar həkimə aparılıb və müalicədən sonra sağalıb.
Qərargahda qeyri-məhdud azadlığa malik olan və istədiyi yerə girib-çıxmağı bacaran "Şero" tezliklə yenidən isti yuvasında olacaq.
Gələn ay “Şero”nun 20 yaşı tamam olacaq.