Xankəndi şəhər Məhkəməsinə hakim və sədr təyin olunub.
Sherg.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bir sıra məhkəmələrə sədrlər, məhkəmə kollegiyaları sədrləri və birinci instansiya məhkəmələri hakimləri təyin edilməsi barədə Sərəncamında qeyd olunub.
Sərəncama əsasən, İlkin Qismət oğlu Abdullayev Xankəndi şəhər Məhkəməsinə hakim və sədr təyin olunub.