Azərbaycan minadan ən çox zərərçəkən ölkələrdən biridir, ərazimizin təxminən 12 %-i 1,5 milyon mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, indiyədək 3400-dən çox vətəndaşlarımız mina təhlükəsindən əziyyət çəkib, onlardan 358-i uşaqlardır: “Əsas problem Ermənistanın basdırdığı minaların xəritələrini təqdim etməməsidir. 140 min hektara qədər sahə hərbi sursatlar və minalardan təmizlənib”.