
Qərb üçün 2025-ci il çətin keçəcək - PROQNOZ
23:04 24.10.2024
Siyasət
397
Xüsusilə Rusiyanı sıxışdırıb çıxardığı Ukrayna və Gürcüstanda nəzarəti itirmə ehtimalı yüksəkdir
Qərb Gürcüstanı da itirmək üzrədir
“Gürcü Arzusu” Partiyasının seçkilərdə qələbə qazanması ehtimalı yüksəkdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Ukraynadakı döyüşlər ən geci 2025-ci ilin ortalarında başa çatacaq. Kobaxidzenin sözlərində həqiqət var. Belə ki, hazırda Rusiya müharibədə üstün tərəfdir. Moskva Kursk istiqamətində böyük əməliyyata hazırlaşır. Hətta KXDR-dən 10-12 minlik qüvvə “təlim” adı ilə prosesə cəlb edilib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Kremlin planı Kurskda Ukraynanı məğlub edib, bütün cəbhəboyu hücumları intensivləşdirmək, beləcə Kiyevi sülh müqaviləsinə məcbur etməkdir. Ekspertə görə, bundan başqa, Qərbdə də müharibə ilə bağlı yekdil fikir yoxdur:

"Müharibə tərəfdarı ölkələr qədər müharibə əleyhdarı ölkələr də var. Son vaxtlar isə müharibə əleyhdarlarının sayı artır. Qərbin Rusiya neft-qazına ehtiyacı var. Müxtəlif cəhdlərə, alternativ ölkələrə baxmayaraq, rus qazından asılılıq aradan qalxmır. Bu il isə payız və qış ayları Avropa üçün əsl sınaq olacaq. Qərb enerji böhranı səbəbi ilə digər sahələrdə qiymət artımlarının qarşısını ala bilmir. Ukraynanın cəbhədə arzuolunan uğur qazana bilməməsi, Rusiyanın iqtisadi baxımdan istənilən səviyyədə zəifləməməsi Qərbin rus qazından asılılığı prosesi yekunlaşdıra bilər. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır. Kobaxidze bu sözləri həm də Gürcüstandakı vəziyyəti nəzərə alaraq deyir. Qərb Gürcüstanı da itirmək üzrədir. Faktiki olaraq parlament seçkiləri öncəsi artan Qərb təzyiqi Tbilisini narahat edir. Lakin hakim “Gürcü Arzusu” Partiyasının seçkilərdə qələbə qazanması ehtimalı yüksəkdir.
“Gürcü Arzusu” seçkilərdə qələbə qazanarsa, bu, Qərbin ölkədəki dayaqlarını sarsıdacaq. Rusiya isə vəziyyətdən tam məmnundur. Hətta Tbilisi ilə ilkin təmasların qurulduğu da deyilir. Qərb üçün 2025-ci il çətin keçəcək. Xüsusilə min bir əziyyətlə Rusiyanı sıxışdırıb çıxardığı Ukrayna və Gürcüstanda nəzarəti itirmə ehtimalı var" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət