
Psixoloq: Rəqəmsal dövrün üstünlükləriylə yanaşı, uşaqlar üçün ciddi risklər də mövcuddur
09:43 16.05.2025
Sosial
540
Zeynəb Əyyubova: İnkişaf etmiş ölkələrdə bu risklərin qarşısını almaq üçün yaş senzurası və valideyn razılığı mexanizmləri tətbiq olunur
Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etmək haqqında danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Mənbə iddia edir ki, hər üç ölkənin rəqəmsal texnologiyalar üzrə nazirləri iyunun 6-da keçirilməsi gözlənilən Avropa İttifaqının digər ölkələrindən olan həmkarları ilə görüş ərəfəsində öz fəaliyyətlərini koordinasiya edirlər.
Yeni qaydalar görə, internetə çıxışı olan istənilən cihaz yaş yoxlama funksiyasına malik olmalı və istifadəçidən öz məlumatlarını tələb etməlidir.
Bu qanun Azərbaycanda da tətbiq edilə bilərmi? Edilsə əgər effekti necə olar? Sosial şəbəkələr uşaqların psixologiyasına necə təsir edir? Uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılması nə qədər zəruridir?
Məsələ ilə bağlı Sherg.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, bu cür qanunların Azərbaycanda da tətbiq olunması həm hüquqi, həm də psixoloji baxımdan zəruri və mümkündür:

“Rəqəmsal dövrün üstünlükləriylə yanaşı, uşaqlar və yeniyetmələr üçün ciddi risklər də mövcuddur. İnkişaf etmiş ölkələrdə bu risklərin qarşısını almaq üçün yaş senzurası və valideyn razılığı mexanizmləri tətbiq olunur. Bu cür qanunların Azərbaycanda da həyata keçirilməsi, uşaqların mənəvi və psixoloji inkişafı üçün qoruyucu bir tədbir ola bilər. Əlbəttə, bu qanun təkcə tətbiqlə məhdudlaşmamalı, eyni zamanda maarifləndirmə və valideyn nəzarətinin gücləndirilməsi ilə dəstəklənməlidir. Əgər bizdə bu qanun tətbiq edilərsə, ilkin mərhələdə bir sıra texniki və sosial çətinliklər yaşansa da, uzunmüddətli nəticələr müsbət ola bilər. Uşaqların və yeniyetmələrin sosial mediada keçirdikləri vaxt azalar, bunun əvəzində real həyatda ünsiyyət bacarıqları, diqqət müddətləri və yaradıcılıqları arta bilər. Sosial şəbəkələrdəki filtrlənməmiş məlumat axını, zorakılıq, bədən görüntüsü ilə bağlı təzyiqlər və onlayn asılılıq kimi halların qarşısı qismən alınar. Təbii ki, bu tədbirlər maarifləndirici proqramlarla yanaşı həyata keçirilsə, təsiri daha güclü olar. Sosial media uşaqların psixoloji inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Müsbət tərəfdən, düzgün yönləndirilərsə, maarifləndirici və yaradıcı məzmunlarla onların dünyagörüşü genişlənə bilər”.
Ekspert nəzarətsiz və həddindən artıq istifadə olduqda yarana biləcəkləri sadalayıb:
"Bu zaman özünəgüvən problemi yaranır, çünki uşaqlar daim başqaları ilə müqayisə edirlər. Real və virtual dünya arasında sərhəd bulanır, bu da empati və sosial bacarıqları zəiflədir. Kiberzorlama (cyberbullying) halları ciddi psixoloji travmalar yarada bilər. Asılılıq inkişaf edə bilər – yəni uşaq sosial mediaya daxil olmadıqda narahatlıq, hirs və depressiya simptomları göstərə bilər. Yuxu və diqqət pozuntuları müşahidə olunur".
Ekspert qeyd edib ki, bu risklər uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir:
“Ümumiyyətlə, məhdudlaşdırma çox zəruridir, lakin qadağa formasında deyil, nəzarətli və mərhələli şəkildə tətbiq olunmalıdır. Burada məqsəd uşağın inkişafına mane olmaq yox, onu qorumaqdır.
Məsələn: 13 yaşdan kiçik uşaqlar üçün sosial mediaya çıxış qadağan edilməli və ya valideyn nəzarəti ilə məhdudlaşdırılmalıdır. 13-16 yaş aralığında isə sosial media istifadəsi təlimatlandırılmalı, gündəlik vaxt limiti təyin olunmalıdır. Həmçinin valideynlər və müəllimlər uşaqlara rəqəmsal savadlılıq mövzusunda dəstək olmalıdırlar. Eyni zamanda uşağın gördüyü, paylaşdığı və qarşılıqlı münasibət qurduğu məzmunlar izah olunmalı və analiz edilməlidir. Yəni məqsəd uşaqları virtual mühitdən təcrid etmək yox, onları təhlükələrdən qoruyaraq bu mühitə adaptasiya etməyə kömək etməkdir. Valideynlərə səslənərək deyirəm: uşağınızın həyatında sosial media sizin əvəzinizə müəllim, dost, dayaq və ya rol model olmamalıdır. Ən böyük psixoloji dəstək ailədən gəlməlidir. Texnologiyanı tamamilə qadağan etmək yerinə, düzgün istifadəsini öyrətmək və maraq dairələrini birlikdə yönləndirmək daha sağlam yanaşmadır. Uşağınızla ünsiyyətdə olun, onu dinləyin, ona nümunə olun. Çünki uşaqlar gördüklərini təkrarlayır, deyilənləri yox”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya