Ana bətnində ölüm: Ginekoloq səbəbləri AÇIQLADI -ŞOK OLACAQSINIZ
10:58 19.07.2024
Sosial
451
2023-cü ildə 531 uşaq ölü doğulub.
Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, 2022-ci ildə 597, 2021-ci ildə 556, 2020-ci ildə isə 519 uşaq ölü doğulub.
Maraqlıdır, körpələr hansı səbəblərə görə ölü doğulurlar? Hamiləlikdə qadınlar nəyə diqqət etməlidirlər?
Məsələ ilə bağlı mama-ginekoloq Rəşad Sultan “Sherg.az”a bildirib ki, uşaq ana bətnində 22 həftədən əvvəl ölürsə, buna düşük deyilir:
''Ancaq bətindaxili ölümün səbəbləri müxtəlifdir. Özəlliklə hamiləliyin sonuna yaxın uşaq ölümünün səbəbi döldəki qan dövranının pozulmasıdır. Döl qanı, qanın içərisindəki əsas qida maddələrini və oksigeni anadan cift vasitəsi ilə alır. Cift qan dövranı hamiləliyin birinci üç aylığında formalaşır. Bilmədiyimiz səbəblərdən bəzən bu formalaşma qan dövranında tam getmir. Ona görə də bu problem hamiləliyin sonlarına doğru, dölün tələbatı artanda özünü göstərməyə başlayır. Belə ki, uşaq yavaş-yavaş inkişafdan qalır, oksigen, qida azlığının əlamətləri özünü göstərir. Nəticədə uşaq ana bətnində ölür. Ciftin qan dövranının pozulmasının səbəbi bəlli olmur deyə, bunun müalicəsi yoxdur. Bəzən hamilə qadında öncədən risk olduqda profilaktik müalicə edirik. Bununla bir qədər problemi qismən həll etmək olur. Ancaq bu da çox vaxt effekt vermir''.
Ginekoloq vurğulayıb ki, ana bətnində uşaq ölümlərinin digər səbəb isə bətndaxili infeksiyalar və genetik xromosom qüsurları ola bilər :
''Bunlar daha çox mamalıq elminə aid mövzulardır. Uşaq ölümünün aktual səbəbi kimi genetikanı da göstərmək olar. Bununda altında indiki dövrdə qohum evlilikləri durur. Əlavə olaraq, gec yaşda ana olmaq yeni səbəblərdən sayıla bilər. Bu, bir faktdır. Həmçinin, bu amil bətndaxili inkişafın gerilik riskini artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya