ƏƏSMN: 2023-cü ildə aparılan hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri evlə təmin olunacaq
Yusif Nəzərli
11:41 15.02.2024
Sosial
449
Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Sərəncamlar şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki Sərəncamın 1-ci hissəsindəki “2022-ci və 2023-cü” sözləri “2022–2025-ci” sözləri ilə əvəz edilib.
Ətraflı
Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.
Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” yeni Sərəncamında isə əvvəlki Sərəncamın 1.2-ci bəndindəki “2020–2022-ci” sözlərinin “2020–2023-cü” sözləri ilə əvəz edilməsi tapşırılır.
Beləliklə, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2023-cü ildə aparılmış hərbi əməliyyatlar zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual