İcbari tibbi sığorta hesabına 6 ayda 42 min abort edilib
Yusif Nəzərli
07:02 24.07.2024
Sosial
344
Bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42 039 cərrahi xidmət göstərilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.
Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.
Məlumat üçün bildirək ki, ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya