Reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq
Yusif Nəzərli
07:22 05.02.2024
Sosial
393
Siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının artırılaraq 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, nazirlik tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.
Təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nın təsnifatına uyğun qruplaşdırma aparılmaqla, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.
Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir.
Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya